thumb|right|Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən məşhur ləm Ləm () — talışların ənənəvi yay evi.

Talışların yaşayış şəraiti onların təsərrüfat quruluşundan, təbii-iqlim şəraitindən asılı olaraq dəyişir. Qriqori Çursin yazır: "Yayda evlərdə rütubətin yarandığı, malyariya xəstəliyinin baş qaldırdığı Lənkəran ovalığında yayda qalmaq üçün xüsusi "ləm" otaqları təşkil edilir. Bu, dörd sütun üzərində bir növ taxta qüllədir və 4–5 metr hündürlükdə taxta məhəccərlərlə əhatə olunur. Bu qülləyə nərdivan ilə çıxılır."

Ləm insanları yay və payız aylarında ağcaqanadlardan qoruyurdu. Ləmlərin ətrafında həsirlər asılırdı. Ləmin quruluşu yayda sərinliyi təmin edirdi. Ona görə də yay aylarında həyətdə ləmin olmasını hamı vacib hesab edirdi.Джавадов Г. Д. Талыши (Историко-этнографическое исследование). — Баку: Elm, 2004. С. 199—221. С. 616 с.

XX əsrin birinci rübündən etibarən ləmdən istifadə azalmağa və yox olmağa başladı. Sovet hökuməti bataqlıqları qurutmaq, ağcaqanadları məhv etmək üçün işlər apardı, nəticədə ləmə olan ehtiyac ortadan qalxdı.

İnşası Ləm iki mərtəbəli divarsız binadır. Birinci mərtəbədə torpaq platforma və ya 1 metr qaldırılmış taxta platforma olur. İkinci mərtəbə adətən 3-3,6 metr hündürlükdə yerləşir və sütunlara söykənir. XIX əsrin sonlarında dayaq sütunları bəzən bişmiş kərpicdən hazırlanırdı, lakin buna daha çox varlı kəndlilərin evlərində rast gəlinirdi. Ləmin dam örtüyü digər talış evləri ilə eyni, yəni yerli tipli cildən () ibarət idi. Binanın ikinci mərtəbəsinə pilləkənlərlə, bəzi hallarda isə nərdivanla çıxmaq olardı.

İstinadlar

Ədəbiyyat Чурсин Г. Ф. Талыши. — Тифлис: Этнографические заметки // Известия кавказского историко-археологического общества, 1926. — том 4. — С. 15-45 Джавадов Г. Д. Талыши (Историко-этнографическое исследование). — Баку: Elm, 2004. С. 199—221. — 616 с. Введение в историю и культуру талышского народа / под ред. Г. С. Асатряна. — Ереван: «Кавказский центр иранистики», 2011. — 200 с. — ISBN 978-99930-69-69-0 Рисс, П. Ф. О талышинцах, из образе жизни и языке // Записки Кавказского отдела Императорского Русского Географического общества. — Тифлис, 1855. — Т. 3. — С. 4—5. Измайлова А. А. О жилищах Ленкоранской низменности // Доклады Академии Наук Азербайджанской ССР, Баку. — 1965. — Т. XXI, № 1. — С. 59-63.

Kateqoriya:Talış mədəniyyəti Kateqoriya:Taxta memarlığı Kateqoriya:Ev növləri Kateqoriya:Kənd təsərrüfatı tikililəri