300px|thumb|right|Bakı limanı XIX əsrdə
Azərbaycanda dənizçilik və dəniz mədəniyyəti — tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində dənizçiliyin inkişafını və dənizlə bağlı mədəniyyət sahələrini (dənizlə bağlı miflər, dəniz yeməkləri, sənətkarlıq nümunələri və s.) əhatə edir.
Qobustandakı qayaüstü təsvirlərdə qayığın çəkilməsi bölgədə e.ə. VI–IV minilliklərdə gəmiçiliyin inkişaf etdiyini göstərir. Ərəb coğrafiyaşünası Müqəddəsi Bakının liman olaraq vacib rolunu qeyd edən ilk müəllifdir, o, Bakını belə təsvir edirdi: "Bakı dənizin kənarında şəhərdir. İqlimin yeganə limanıdır." Tarixən, ticarət gəmiləri Xəzərin cənub hissəsindən Bakıya, oradan da Volqaya, Xəzər xaqanlığına üzürdü. XVI əsrdə Şərqi Avropadan Hindistana gedən, Xəzər dənizindən keçən yolun olması, Gilan və Şirvan ipəyinin əhəmiyyəti Bakının liman olaraq rolunu daha da artırmışdır. XIX əsrin ortalarından etibarən, Rusiya imperiyasında Xəzər dəniz nəqliyyatının inkişaf etdirilməsi məsələsi böyük əhəmiyyətə malik olmuşdur. II Aleksandr 1858-ci ildə "Merkuri" Cəmiyyəti ilə "Kavkaz" firmasının birləşdirilməsi haqqında fərman vermişdir, beləliklə, Xəzər gəmiçiliyində vacib rol oynayan "Qafqaz və Merkuri" yaradılmışdır. XIX əsrin ikinci yarısından etibarən, Azərbaycan neft sənayesinin inkişaf etməsi Xəzər gəmiçiliyinin inkişafını labüd etmişdir.
Azərbaycanda 1920-ci ilin aprelindən sovet hakimiyyəti başlayır və dənizçilik sahəsində milliləşdirmə baş verir. Azərbaycan dənizçiləri İkinci Dünya müharibəsi dövründə həm cəbhədə döyüşlərdə iştirak etmiş, həm də Xəzərdə hərbi yük və yardımların daşınmasını təmin etmişdir. Azərbaycan müstəqillik dövründə Beynəlxalq Dəniz Təşkilatının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının və Çinin Kəmər və Yol Təşəbbüsünün üzvü olmuşdur. 2013–2014-cü ildə verilən qərarlar nəticəsində, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, Azərbaycanın iki böyük donanması — Xəzər Dəniz Gəmiçiliyi və Xəzər Dəniz Neft Donanması bu qurumun tərkibində birləşdirilmişdir.
Azərbaycanda balıqçı nəğmələrini bilmək, tarixən balıqçılıq etmək üçün vacib tələb sayılırdı, "Yahu" çağırış nidası balıqçıları himayə edən dəniz tanrısı və ya onqonu rolu oynayırdı. Azərbaycan ərazisində Ön Asiya ilə əlaqələri göstərən, sədəfdən hazırlanmış bəzək əşyaları, qayaüstü şəkillərdə balıq ovu təsvirləri tapılmışdır. 2025-ci ildə "Sədəfvurma sənəti" Azərbaycanın qeyri-maddi mədəni irsi olaraq, UNESCO siyahısına əlavə edilmişdir.
Ümumi baxış
250px|thumb|right|Qız qalası. İvan Şeblıkin Azərbaycan Respublikası Xəzər dənizinin sahilində yerləşir, Rusiya, Türkmənistan, Qazaxıstan və İranla dəniz sərhədlərinə malikdir. Azərbaycan okeana birbaşa çıxışı olmayan ölkədir, Azərbaycanın quru sərhədləri vasitəsilə qonşu olduğu 5 ölkədən 4-ünün isə okeana birbaşa çıxışı (Rusiya, Türkiyə, Gürcüstan və İran) var, Ermənistanın isə yoxdur. Volqa-Don kanalı vasitəsilə, Xəzərdən Atlantik okeanın daxili dənizi olan Azov dənizinə çıxmaq mümkündür, ancaq bu kanal qışda donduğu üçün, ildə sadəcə 7 ay işləyir. Volqa-Baltik kanalı vasitəsilə, Xəzərlə Atlantik okeanının Baltik dənizi arasında əlaqə, Ağ dəniz-Baltik kanalı vasitəsilə isə Şimal Buzlu okeanın Ağ dənizi ilə əlaqə mümkündür. Azərbaycanın adaları ya Bakı və Abşeron arxipelaqlarına daxildir, ya da tənha adalar sayılır. Ərazicə ən böyük Azərbaycan adası Kür dili adasıdır.Азербайджан: Общегеографическая карта / сост. и подгот. к изд. ПКО "Картография" в 2005 г.; гл. ред. Г. В. Поздняк; ред. Г. Ф. Кравченко, Н. Р. Монахова. — 1:750 000, 7,5 км в 1 см. — М., 2005 (М.: ПКО "Картография"). — ISBN 5-85120-235-1. Neft Daşları sovet dövründə yaradılmış, dənizdə yerləşən, neft sənayesinə aid yaşayış məntəqəsidir, Bakı şəhərinin Pirallahı rayonunun tərkibindədir.
Azərbaycan sahilində yerləşən körfəzlər Abşeron, Qızılağac, Kiçik Qızılağac, Qoltuq, Bakı, Ələt, Pirsaat, Səngəçaldır. Tarixən və müasir dövrdə əsas dəniz limanı Bakıdır. Neft-qaz məhsullarının daşınması üçün Dübəndi və Səngəçal terminallarından istifadə olunur. Tarixən qeyd edilən, digər vacib dəniz məntəqələri Mahmudabad, Güştəsbi, Pirallahı, Niyazabad və s. kimi yerlərdir.
"Xəzər dənizi" adı tarixən böyük dövlət qurmuş, türk mənşəli xəzərlərin xatirəsini yaşadır, türk dillərində, o cümlədən Azərbaycan dilində, həmçinin ərəb və fars dillərində bu addan istifadə edilir. Dənizin adı bir sıra dillərdə Kaspi dənizidir. Bu ad isə mənşəyini, tarixən Azərbaycanda yaşamış kaspilərdən götürür.Caspian Sea in Encyclopædia Britannica. Heydər Əliyevin İran rəsmiləri ilə görüşü zamanı bir jurnalistin Xəzər dənizini "Mazandaran gölü" adlandırması elə həmin görüşdə müzakirə edilmiş, Heydər Əliyev gölün tarixi adının "Xəzər" olduğunu bəyan etmişdir. 2025-ci ildə Tehran Universitetinin professoru, arxeoloq doktor Həsən Fazili tərəfindən Xəzər dənizi üçün "Dəryayi Mazandaran" adı təklif edilmiş, "Xəzər" adının guya yəhudilər tərəfindən verildiyi iddia edilmişdir.Xəzər xaqanlığı hökmdarlarının yəhudiliyi qəbul etməsi nəzərdə tutulur.
Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır.История Азербайджана. — Баку: Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 272. İranda Xəzərin cənub-şərqində yerləşən Gəlucah Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır.Michael Knüppel. Turkic languages of Persia: An overview // Encyclopædia Iranica. January 1, 2000.
Dənizçiliyin inkişaf tarixi
Neolit və Eneolit dövrü 300px|thumb|right|Qobustan petroqliflərində qayıq təsviri Qobustandakı Neolit və Eneolit dövrünə aid, avar çəkən adamların olduğu qayıq təsvirləri Bakı ərazisində e.ə. VI–IV minilliklərdə gəmiçiliyin inkişaf etdiyini göstərir. Bu qayıqların qamışdan düzəldildiyi və bitumla kəpitkələndiyi fikirləşilir. Təsvir edilmiş qayıqların burun tərəfində günəş təsvirləri çəkilmişdir, günəşə sitayişlə bağlıdır və ya yolun istiqamətini, şərqi göstərir.
Qafqaz Albaniyası Yunan alimi Strabon qeyd edirdi ki, hind məhsulları Oks (Amudərya) çayı ilə Girkan (Xəzər) dənizinə aparılır, dənizlə mallar Albaniyaya, oradan da Kür çayı və müəyyən qədər quru yolu ilə Qara dənizə çatdırılır. Roma müəllifi Böyük Plini qeyd edirdi ki, "Hindistandan 7 günə Baktriyaya (Bəlx) və Oks (Amudərya) çayına tökülən Bəkr çayına gəlmək olar. Bu çaydan Kaspi dənizi ilə Kür çayına gətirilən hind mallarını, oradan da quru yolla, 5 gündən çox olmayan vaxt ərzində Pont dənizinə tökülən Fasisə aparmaq olur."
Xəzər düzənliklərində hunların fəallaşması nəticəsində, Qafqazın Sasanilər və Bizans üçün strateji əhəmiyyəti artmışdır.Farrokh, 2019, p. 28–29. Şimali Qafqazdan Cənubi Qafqaza köçərilərin etdiyi hücumlar sadəcə Əsas Qafqaz silsiləsindəki keçidlər vasitəsilə edilmirdi, həmçinin Qara dəniz və Xəzər dənizi sahillərindən də edilirdi. Ən əlverişli marşrutlardan biri Xəzərin qərb sahili boyu düzənlik zolağı idi. Buna görə də Sasanilər Cənubi Qafqazı nəzarətə götürdükdən sonra burada müdafiə qalaları tikməyə başladılar.Тревер, 1959, с. 267. Gilgilçay səddi, Beşbarmaq səddi, Dərbənd qalası və onun şimalındakı qala qalıqları belə tikililərdəndir.Тревер, 1959, с. 268.
Şirvanşahlar dövrü və vikinq hücumları
300px|thumb|Şirvanşah I Axsitan Bakı limanında. Oqtay Sadıqzadənin rəsm əsəri . Azərbaycan Tarix Muzeyi
Bakı şəhərinin böyüməsinin başlıca səbəblərindən biri tarixən burada hasil olunan neftin və duzun karvan və dəniz yolları vasitəsilə ixracı idi. IX–XI əsrlər ərəb müəlliflərinin əsərlərində neftin hərbi məqsədlər üçün Şərq ölkələrinə daşınması haqqında məlumat verilir. Ərəb coğrafiyaşünası Müqəddəsi Bakının liman olaraq vacib rolunu qeyd edən ilk müəllifdir, o, qeyd edirdi: "Bakı dənizin kənarında şəhərdir. İqlimin yeganə limanıdır." Bakı bir liman şəhəri olaraq, Şirvanşahlar dövləti üçün, yadelli hücumlara qarşı vacib sığınacaq yeri olmuşdur.
Ticarət gəmiləri Xəzərin cənub hissəsindən Bakıya, oradan da Volqaya, Xəzər xaqanlığına üzürdü. Mənbələrdə həmçinin qeyd edilir ki, boyaqotu Şirvandan və Xəzər adalarından Cürcana, oradan da quru yolu isə Hindistana aparılırdı. Ehtimal edilir ki, Hindistan və ipək parçalar ixrac edən Çinlə ticarət əlaqələri var idi.
IX əsrin əvvəllərinə qədər qədim skandinavlar şimal-şərqi Rusiyada məskunlaşmışdılar. Burada onlar Volxov çayının Ladoqa gölünə girişindən təqribən 6 mil (9.7 km) cənubda Aldeyqya (slavyanca: Ladoqa) adlanan müstəmləkə qurdular. Buradan onlar Dnepr ticarət yoluyla Bizans imperiyasıyla və Volqa ticarət yoluyla Xəzər dənizi ətrafı müsəlman əraziləri ilə ticarət etməyə başladılar. Qədim ruslar (skandinavların və slavyanların qarışığı) Xəzər hücumlarına başlamazdan əvvəl, ilk olaraq tacir kimi Xəzər dənizinə bitişik müsəlman ərazilərini ziyarət etmişlər.Brøndsted (1965), pp. 64–65 thumb|left|Xəzər bölgəsinə edilən vikinq hücumunda iştirak etmiş şəxslərin xatirəsinə ucaldılmış İnqvar run daşlarından bir nümunə. Şəkildəki Xəzər bölgəsində həlak olmuş Haraldrın İsveçdəki xatirə abidəsidir.The article Gripsholm on the site of the Swedish National Heritage Board, retrieved July 5, 2007.
912–913-cü illərdə baş verən səfərdə ruslar Xəzəryanı ərazilərə hücum etmişdir. Şirvanşah Əli ibn Heysəm Bakıya edilən hücumu dayandıra bilməmiş, ruslar Böyük Zirə adasına çıxmış, Şirvanşahın göndərdiyi əsgərləri öldürmüşdür. Bu məğlubiyyətin səbəbi Şirvanşahın donanmasının və dənizdən ediləcək hücumu dayandırmaq üçün silahlarının olmaması idi. Ruslar bu ərazilərdə bir müddət qalmış, dəniz ticarəti həmin müddət ərzində dayandırılmışdır.
Şair Xaqani Şirvani hökmdar I Axsitanın dövründə Volqadan keçib hücum edən rus dəniz quldurlarından danışır. Ruslar 73 gəmi ilə Ruinas (ehtimali ki, Sarı) adasında lövbər salmış, sonra Kür ilə qalxaraq Ləmbərana çıxmışdılar. Eyni vaxtda qıpçaqlar da Dərbənd və Şabranı tutmuşdur. Şirvanşah qüvvələri gürcülərlə birlikdə onları məğlub etmiş, hücum edənlərin donanmalarını məhv etmişdir.
Səyyah İnqvarın saqası 1041-ci ildə vikinqlərin Xəzərə son səfərini təsvir edir və böyük ehtimalla təqribən eyni vaxtda Bizans imperiyası və Gürcüstan krallığı arasında baş verən Sasireti döyüşü ilə bağlıdır. Bu döyüşdə varyaqlar da iştirak etmişdir; saqada əfsanə tarixi faktlarla birləşib. Yürüşlə bağlı olaraq, İsveçdə sayı 26-ya çatan İnqvar run daşları qoyulmuşdur. Bu yürüşün məqsədi, böyük ehtimalla, bulqarların və xəzərlərin artıq mane olmadığı qədim ticarət yollarını bərpa etmək idi. Bundan sonra skandinaviyalılar Baltik və Xəzər dənizləri arasındakı yolu bərpa etmək üçün heç bir cəhd etməmişdir.Logan (1992), p. 202
Bakıda XIV əsrə aid Buxara karvansarasının olması Mərkəzi Asiya şəhərləri ilə ticarət əlaqələrini göstərir. XIII əsrin sonu—XIV əsrin əvvəllərindən etibarən, Xəzər vasitəsilə dəniz ticarəti genişlənir. Genuya və Venesiya tacirlərinin Xəzər sahillərində ticarət məntəqələrinin olduğu, Xəzərdə donanma sahibi olduqları ilə bağlı məlumatlar vardır. Səyyah Marko Polo genuyalıların Xəzərdə dəniz səyahəti etdiklərini, Gelli (Gilan) ipəyi gətirdiklərini qeyd edir. Bu dövrün digər vacib dəniz məntəqələri Mahmudabad (Mamutaga), Güştəsbi (Gostazz), Pirallahı (Cap de Preala) idi. Coğrafiyaşünas Həmdullah Qəzvini 1340-cı ildə Bakının qənşərindəki Allah Əkbər adasında məskunlaşma olduğunu və adanın dəniz limanı olduğu qeyd edirdi. XIV əsrin axırlarına qədər ipək məhsulları, xalçalar, ədviyyat və digər mallar Şirvandan, Cənubi Qafqaz və Ön Asiya ölkələrindən, Bakı və Dərbənd vasitəsilə Həştərxana, Qızıl Ordaya, Rusiya və Avropaya aparılırdı. 1369-cu ildə baş verən zəlzələ nəticəsində, Bakıdakı Bayıl qalası suya qərq olmuşdur.