Əbu Leys Nəsr ibn Məhəmməf ibn Əhməd ibn İbrahim əs-Səmərqəndi (; ) — Hənəfi məzhəbi fəqihi, təfsir alimi və sufi.

Həyatı Səmərqənddə dünyaya gəldiyi ehtimal olunan Əbu Leys, "İmamul-xuda" ləqəbi ilə də tanınır. Atasından etdiyi rəvayətlər nəzərə alınsa, ilk müəlliminin atası olduğunu demək mümkündür. Fiqh sahəsində isə əsas müəllimi "Kiçik Əbu Hənifə" ləqəbi ilə tanınan Əbu Cəfər Hinduvanidir. Elmi şəcərəsi bu yolla Əbu Yusifə qədər gedib çıxır. Əbu Leys Səmərqəndə, Bəlxə, Buxaraya səfər etmişdir. Bu şəhərlərdən başqa Bağdada da getmiş və burada Məhəmməd ibn Məhəmməd ibn Səhl ən-Nisaburidən hədis rəvayət etmişdir. Əbu Leysin digər müəllimləri bunlardır: Xəlil ibn Əhməd əs-Siczi, Əməş, Əbu Bəkr Məhəmməd ibn Fəzl əl-Buxari. Yetişdirdiyi tələblərdən bəziləri bunlardır: Loğman ibn Hakim ibn Fəzl, Əbu Bəkir Məhəmməd ibn Əbdürrəhman ət-Tirmizi, Əli ibn Əhməd ər-Rəzzaz. Əbu Leysdən hədis rəvayət etmişdir. Əbu Leys Səmərqəndi xüsusilə moizə, nəsihət və elmihal sahələrindəki əsərləri sayəsində İslam dünyasının ən tanınmış alimlərindən birinə çevrilmişdir. Onun yazdığı əsərlərin bir çoxu Əndəlüsdən İndoneziyaya qədər yayılmış və əsrlər boyu İslam dünyasının bir çox yerində müsəlman cəmiyyətlərinin İslam anlayışına və dini həyatına dərindən təsir etmişdir. Əsərləri müxtəlif müsəlman icmalarının dillərinə tərcümə edilən Əbu Leys şöhrətinin yayıldığı bölgələrdə böyük bir övliya kimi qəbul edilmiş, onun üçün türbələr tikilmişdir.

Vəfat etdiyi tarixlər haqqında ziddiyyətlər olsa da onun 21 oktyabr 983-cü ildə vəfat etdiyi güman edilir.

Əsərləri Əbu Leys Səmərqəndinin müxtəlif elmlər haqqında yazdığı çoxsaylı əsərləri vardır. Bunlardan biri də "Tənbehül-qafilin"dir. Bu əsər vəz və nəsihətlə əlaqədar olub, 94 fəsildən ibarətdir. Əbu Leys Səmərqəndinin yazdığı digər əsərləri bunlardır:

Təfsirül-Quran. Hizanatül-fiqh. Hənəfi məzhəbinin fiqh hökmlərini izah edən bir əsərdir. Uyun əl-məsail fil-füru. Fiqh elminə dair bir kitabdır. Sirr əl-Vəhy. Meracla əlaqədar bir əsərdir. Kurrətül-uyun və müfərrih əl-qəlb əl-məhzun. Böyük günahları izah edən bir əsərdir. Şərhül-Fiqh əl-Əkbər. Əbu Hənifənin yazmış olduğu əsərin şərhidir. Tuhfətül-ənam fi mənaqib əl-Əimmə əl-ərbəzi əl-Ələm. Əhlis-Sünnə məzhəbinin dörd imamı izah edilməkdədir. Dəqaiq-ül-əxbar fi zikr əl-Cənnə vən-Nar. Cənnət və Cəhənnəmi izah edən bir əsərdir. Əl-Fətava. Müxtəlifür-rəvayə. Ən-Nəvazil fil füru. Əl-Müqəddimə fis-salat. Bəyanu əqidətil-üsul. Təsisül-fiqh. Şərül-İslam. Əl-Məarif fi şərhis-səhaif. Təsisün-nəzər. Risaləül-marifə vəl-imam. Risalə fil-hikəm. Kutün-nəfs filmǝarif əl-ərkanil-xəms. Əl-Lətaifil-müstəxrəcə min Səhih-əl-Buxari. Risalə fil-fiqh.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Sufilər