Qaraqulaq kuku quşu (Chalcites osculans) — Kuku quşları (Cuculidae) fəsiləsinə aid bir quş növüdür. Avstraliya ərazisində yayılmışdır və Şərqi İndoneziya və Cənubi Yeni Qvineyaya miqrasiya edir. Onlar adətən tək və ya cüt halda müşahidə olunurlar, çünki öz balalarını böyütmürlər, əksinə yumurtalarını başqa növ quşların yuvasına qoyurlar ki, ev sahibi onları böyütsün. Bu növ əvvəllər "Chrysococcyx" cinsinə aid edilirdi.

Təsvir Yetkin qaraqulaq kuku quşunun orta çəkisi 30 qram təşkil edir və uzunluğu 19-20 sm arasında dəyişir. Küllü boz-qəhvəyi rəngli kürəyi və dimdikdən boyuna qədər uzanan xarakterik qara göz zolağı var. Sağrı solğun ağ, döş nahiyəsi isə solğun qızılbalıq rəngindədir. Ayaqları və pəncələri qaradır, gözləri qəhvəyidir, dimdiyi qaradır. Quyruğu üst hissədən boz/qəhvəyi, ağ ucları, alt hissədən isə qəhvəyi zolaqlı krem rəngindədir. Onu Avstraliyadakı digər kiçik ölçülü kuku quşu növlərindən fərqləndirən odur ki, kürəyində metalik rəngli lələkləri yoxdur. Cavan quşlar daha solğun rəngdə olur və daha qəhvəyi göz zolağına malikdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1847-ci ildə təsvir edilən quşlar Kateqoriya:Avstraliya quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər