Yuxarı Oratağ (əvvəlki adı: Verin Oratağ) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Kəndin qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra ondan eyni adda digər məntəqə (Nerkin Oratağ — "Aşağı Oratağ") yarandığına görə kənd Verin (erm. "Yuxarı") Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabanq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, "şiş təpə" mənasındadır.
Tarixi Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Verin Oratağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Verin Oratağ kəndi Yuxarı Oratağ kəndi adlandırılmışdır.
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
19–20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qayıtmışdır.
5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib.
Coğrafiyası və iqlimi Kənd dağətəyi ərazidə yerləşir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Ağdərə rayonunun kəndləri