Oliv Banks (d. 2 iyul, 1923 – ö. 14 sentyabr, 2006) — təhsil sosiologiyası və feminizm tarixi tədqiqatçısı, Lester Universitetinin professoru olmuş ingilis akademik.
Həyatı Banks Enfild Hayveydə - Midlseks dairəsində anadan olub. O, Herbert Alfred Devis və Cessi Luiza (qızlıq soyadı Tebbi) ailəsinin iki övladından ən böyüyü idi.
O, 1944-cü ilin iyun ayında Jozef Embrouz (Co) Banks ilə evlənmiş və hər ikisi London İqtisadiyyat və siyasi Elmlər Məktəbinə daxil olaraq sosiologiya üzrə təhsil almışdılar. Onun fəlsəfə doktorluğu dissertasiyası sonradan ilk kitabına çevrildi və 2005-ci ildə "İngilis orta təhsilində bərabərlik və nüfuz: təhsil sosiologiyası üzrə tədqiqat" adı altında nəşr edildi.Goldman, L. (Ed.) (2013) Oxford Dictionary of National Biography 2005-2008 page 55 Oxford University Press. Retrieved February 2015
1954-cü ildə o, Liverpul Universitetində tədqiqatçı vəzifəsini qəbul edildi və burada Britaniya feminizminin tarixi üzərində araşdırmalar aparmaq imkanı əldə etdi. Bu araşdırmaların nəticəsi olaraq "Viktorian İngiltərəsində feminizm və ailə planlaşdırılması" (1964) adlı kitabını nəşr etdirdi. Ona öz sahəsi üzrə aparıcı alim kimi nüfuz gətirən əsəri "Təhsil Sosiologiyası" (1965) kitabı oldu.
1970-ci ildə ona Lester Universitetində oxucu vəzifəsi təklif edildi və üç il sonra o, həmin universitetdə professorluq vəzifəsinə yüksəlmiş ilk qadın oldu. Onun həyatı və elmi fəaliyyətinə dair ölümündən sonra Qabi Vayner tərəfindən "Oliv Banks və Britaniya feminizminin kollektiv bioqrafiyası" adlı araşdırma aparılıb.Gaby Weiner, "Olive Banks and the Collective Biography of British Feminism" British Journal of Sociology of Education 29(4)(iyul2008): 403-410.
1982-ci ildə təqaüdə çıxdıqdan sonra o, tədqiqatlarını davam etdirdi və "Britaniyalı feministlərin bioqrafik Lüğəti" (1985–1990) adlı iki cildlik əsərini nəşr etdirdi.O, həmçinin "Feminist olmaq: 'Birinci dalğa' feminizminin sosial mənşəyi" kitabını yazdı. Onun son kitabı "Britaniya feminizminin siyasəti" (1993) oldu.
Ölümü O, 14 sentyabr 2006-cı il tarixində 83 yaşında Derbişirdə, Buxton şəhərində ürək tutmasından vəfat edib.
Mənbələr
Purvis, June (2010-01-09). "Banks [née Davies], Olive Lucy (1923–2006), sociologist, historian, and feminist". Oxford Dictionary of National Biography (online ed.). Oxford University Press. doi:10.1093/ref:odnb/97918. (Subscription or UK public library membership required.)
İstinadlar Kateqoriya:Birləşmiş Krallıq pedaqoqları Kateqoriya:Britaniya sosioloqları