Qara yaxalı tutuquşu (Agapornis swindernianus) — Həmçinin "Svindern tutuquşusu" kimi tanınan, Afrika mənşəli kiçik bir tutuquşu növü. Aqapornis cinsinə, Agapornithinae fəsiləsinə aiddir.
Təsvir Bu quş əsasən yaşıl rənglidir, boynunun arxa hissəsində qara zolaq, qəhvəyi-qırmızı döş, boz-qara dimdik, sarı iris və boz ayaqlar var. Hər iki cins eyni görünüşə malikdir. Daha dəqiq desək, başı əsasən yaşıl, boynu sarı və ensəsində ensiz qara zolaq var. Alt hissəsi tünd mavi, bədəninin qalan hissəsi isə tünd yaşıl rəngdədir. "Agapornis svindernianus" yumşaq qara lələklərə və xarici quyruq lələklərində narıncı-qırmızı rəngləri var. Hər iki cinsin rəngi eynidir. Cavan quşlarda qara yaxalı boyunbağı yoxdur. Bu quşa 1820-ci ildə Qroningen Universitetinin holland professoru Teodor van Svindernen ad vermişdir. Quş öz adını boynunun ətrafındakı qara lələklərdən alır. "Zenkeri" yarımnövünün yaxasının altında qan-qırmızı zolaq var.
Həmçinin bax Agapornis taranta
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1820-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika faunası Kateqoriya:Cənubi Amerika quşları Kateqoriya:Afrika quşları