Çatem dairəsi və ya Çatem qraflığı — Amerika Birləşmiş Ştatlarının Corciya ştatında yerləşən bir dairədir. Dairənin paytaxtı Savanna şəhəridir.
ABŞ Siyahıyaalma Bürosunun verdiyi məlumata əsasən Çatem dairəsinin əhalisi 2020-ci ildə rəsmi olaraq 295,291 nəfər təşkil etmişdir. 2020-ci ilin demoqrafik məlumatlarına əsasən 2010-cu ilin rəsmi rəqəmlərinə görə 265,128 nəfər olan əhali 11,4% artmışdır. Çatem Corciyanın altıncı ən sıx məskunlaşılmış dairəsi və eyni zamanda da Corciyanın Atlanta metropoliteni xaricində ən sıx məskunlaşılmış dairəsidir. Çatem Savanna metropoliteninin əsas şəhəri hesab olunur.
İstinadlar
Xarici keçidlər
Documents from Chatham County at the Digital Library of Georgia
Kateqoriya:Çatem (dairə, Corciya)