Platon İqnateviç İoseliani (; ) — gürcü tarixçi və Rusiya İmperiyasında dövlət qulluqçusu. Gürcüstanın mülki və kilsə tarixinin tədqiqatçısıdır. Georgi Saakadzenin və son gürcü kralı XII Georginin bioqrafı olmuşdur.
Həyatı Sankt-Peterburq İlahiyyat Akademiyasını bitirdikdən sonra Tiflis İlahiyyat Seminariyasında fizika və fəlsəfə müəllimi işləmişdir. Sonralar Qafqaz canişininin yanında xüsusi tapşırıqlar üzrə məmur vəzifəsində çalışıb. 1849-cu ildə Mixail Vorontsovun dəstəyi ilə Yunanıstana dövlət səfəri etmiş və İveron monastırını ziyarət etmişdir.
İoseliani gürcü kilsəsinin tarixi və Tiflisin qədim əşyaları üzrə tanınmış mütəxəssis idi. O, akademik Mari Brosse ilə əməkdaşlıq etmişdir. 1838-ci ildə İmperator Elmlər Akademiyası və Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu İoselianiyə Gürcü Sinodal Komitəsi tərəfindən toplanmış qədim tarixi sənədlərin (qucarların) təhlilini tapşırmışdır.В 1811 г. Грузинская Православная Церковь была насильственно подчинена Петербургскому Святейшему Синоду.
1845–1855-ci illərdə İoseliani "Zakavkazski vestnik"in redaktoru vəzifəsində çalışıb.
İoselianinin yazıları "Xalq Maarif Nazirliyi jurnalı" (1842), "Daxili İşlər Nazirliyi jurnalı" (1844), "Kavkaz", "Kavkazskiy kalendar" və bir sıra digər yerli nəşrlərdə dərc edilib. O, "Dağıstan üzrə səyahət qeydləri" kitabını yazıb (1862). 1880-ci ildə İoselianinin son əsəri olan "Sonuncu gürcü kralı George haqqında" adlı məqaləsi "İveria" qəzetində dərc olunub.
İoseliani şahzadə Anna Baqration-Muxraneli (1839–1913) ilə evlənmişdir.
O, oğlunun sağalması üçün əhd olaraq tikdirdiyi Yüksəliş kilsəsinin (Amaqleba küçəsi) hasarında dəfn edilmiş, sonradan Didube panteonunda yenidən dəfn edilmişdir.
İstinadlar
Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Gürcüstan tarixçiləri