Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik ölçmələrə və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır.

Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi böyük su hövzələrində qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır.

Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur. Qalan 71 %-i isə su ilə, əsasən dünya okeanı və eyni zamanda hamısı birlikdə hidrosferi təşkil edən göllər, çaylar və digər təmiz su mənbələri ilə örtülüdür. Yer kürəsinin qütb bölgələrinin əksəriyyəti Antarktida buz təbəqəsi və Arktikanın dəniz buzları da daxil olmaqla buzla örtülmüşdür. Yerin daxili, bərk, metal nüvə və yerin maqnit sahəsini yaradan xarici maye nüvə, həmçinin tektonik plitələri hərəkət etdirən mantiya qatı ilə daim aktivdir.

Yer tarixinin birinci milyard ilində həyat okeanlarda meydana gəldi və Yer atmosferinə və səthinə təsir göstərməyə başladı. Bu proses anaerob və daha sonra aerob orqanizmlərin çoxalmasına səbəb oldu. Bəzi geoloji dəlillər həyatın 4,1 milyard il əvvəl yaranmış ola biləcəyini göstərir. O vaxtdan bəri Yerin Günəşdən uzaqlığı, fiziki xüsusiyyətləri və geoloji tarixi həyatın təkamülünə və inkişafına təkan verdi. Yer üzərindəki həyat tarixində bioloji müxtəliflik uzun müddət təkamül dövrü keçirdi, bəzənsə kütləvi qırğınlarla fasilə verdi. Yer üzündə yaşayan bütün növlərin 99%-dən çoxunun nəsli kəsilmişdir. Bu gün Yerdəki növlərin sayı haqqında fikirlər dəyişkəndir: əksər növlər hələ də təsvir edilməmişdir. Yer kürəsində 7,7 milyarddan çox insan yaşayır və yaşamaq üçün onun biosferindən və təbii qaynaqlarından asılıdır. Hüquqi baxımdan dünyada 200-dən çox yaxın suveren dövlət və dövlət birlikləri mövcuddur.

Tarixi

Formalaşma right|thumb|Yeni yaranan planetar sistemin təsviri.

Günəş sistemində aşkar olunmuş ən qədim material 4,5672± 0,0006 milyard il əvvələ aiddir. 4,54± 0,04 milyard il əvvəlBax:

isə ilkin Yer kürəsi əmələ gəlmişdir. Günəş sistemindəki cisimlər Günəşlə birlikdə meydana gəlmiş və inkişaf etmişdir. Nəzəriyyəyə görə, günəş nebulası (dumanlığı) molekulyar bir buluddan ayrılaraq dairəvi disk şəklində bükülməyə başlamış və sonra planetlər Günəşlə birlikdə bu diskdən böyümüşdür. Nebula tərkibində qaz, buz dənələri və toz (ibtidai nuklidlər də daxil olmaqla) saxlayırdı. Nebular nəzəriyyəyə görə, ilkin planetlər Yerin 10–20 milyon il ərzində meydana gəlməsindən yaranan nebular sürətlənmə yoluyla əmələ gəlmişdir.

Bu nəzəriyyədə mübahisəli mövzu tarixi 4,53 milyard il əvvələ dayanan Ayın meydana gəlməsidir. Bir fərziyyə görə Ay Mars ölçülü, Teya adlı bir cismin Yerlə toqquşmasından sonra Yerdən ayrılan materialın toplanması nəticəsində meydana gəlmişdir. Bu baxımdan Teyanın kütləsi Yer kürəsinin təxminən 10 faizini təşkil etməli idi; planet nəzərə çarpan zərbə ilə Yerlə toqquşmuş və kütləsinin bir hissəsi Yer ilə birləşmişdi. Təxminən 4,1–3,8 milyard il əvvəl Gecikən Ağır Bombardman hadisəsi zamanı çoxsaylı asteroid zərbələri Ayın səth mühitində və nəticədə Yerdə əhəmiyyətli dəyişikliklərə səbəb olmuşdur.

Geoloji tarixi left|thumb|Katarxey dövründə Yerin təsviri. Bu dövrdə Yerdə vulkanik fəaliyyətlər olduqca aktiv idi və bərk bir qabığa sahib deyildi. Yerin qabığı Arxey eonunda, səthdəki mantiya materialının soyuması nəticəsində yaranmışdır.

Yer atmosferi və okeanlar vulkanik fəaliyyət və kosmik təsirlərlə yaranmışdır. Vulkanik fəaliyyətlər zamanı yaranmış su buxarı kometlərdə gələn su və buz ilə genişlənmiş okeanlarda konsdensasiya olunurdu. Bu modelə görə, yeni yaranan Günəş cari işıqlılığının yalnız 70 %-inə sahib olsa da, atmosferdəki "istixana qazları" okeanları donmadan qorumuşdur. 3,5 milyard il əvvəl Yerin maqnit sahəsi formalaşdı ki, bu da atmosferin günəş küləyi tərəfindən parçalanmasına mane oldu.

Yerin əridilmiş xarici təbəqəsi soyuyub bərk forma meydana gətirərək yer qabığını yaratdı. Torpaq kütləsini izah edən iki model günümüzdəki formalaşmalarda sabit bir böyümə və ya çox güman ki, Yer kürəsi tarixinin əvvəlində mövcud olan sabit bir kontinental bölgənin sürətlə uzunmüddətli böyüməsi fikrini də irəli sürür. Materiklər tektonik plitələrdən Yer kürəsinin davamlı istilik itkisi ilə nəticələnən bir proseslə yarandı. Yüz milyonlarla il ərzində superqitələr bir yerə yığılmış və parçalanmışdır. Təxminən 750 milyon il əvvəl ən qədim və ən məşhur superqitələrdən biri olan Rodiniya parçalanmağa başladı. Materiklər daha sonra 600–540 milyon il əvvəl Pannotiyanı və nəhayət 180 milyon il əvvəl parçalanan Pangeyanı meydana gətirmək üçün yenidən birləşdi.

İndiki buz dövrü modeli təxminən 40 milyon il əvvəl başlamış və Pleystosen dövründə, təxminən 3 milyon il əvvəl intensivləşmişdir. Yüksək enliklər təxminən 40.000–100.000 ildə bir dəfə təkrarlanan buzlanma və ərimə dövrlərini yaşamışdır. Sonuncu kontinental buzlaşma 10.000 il əvvəl başa çatmışdır.

Həyatın və təkamülün mənşəyi Kimyəvi reaksiyalar təxminən dörd milyard il əvvəl ilk özünü çoxaldan molekulları meydana gətirdi. Yarım milyard il sonra bütün mövcud həyatın son ortaq əcdadı ortaya çıxdı. Fotosintezin təkamülü Günəş enerjisinin birbaşa canlı formalarla toplanmasına imkan verdi. Nəticədə, meydana gələn oksigen qazı (O2) atmosferdə yığıldı və günəşin ultrabənövşəyi şüaları ilə qarşılıqlı təsir nəticəsində yuxarı təbəqədə qoruyucu ozon qatını meydana gətirdi. Kiçik hüceyrələrin daha böyük hücrələrlə birləşməsi eukariot adlanan mürəkkəb hüceyrəlilərin inkişafı ilə nəticələndi. Koloniyalı hüceyrələr kimi meydana gələn həqiqi çoxhüceyrəli orqanizmlər getdikcə mürəkkəbləşməyə başladı. Zərərli ultrabənövşəyi radiasiyanın ozon təbəqəsi tərəfindən udulması Yer səthində həyatın inkişafına töhfə verdi. Həyat üçün ən erkən fosil dəlilləri arasında Qərbi Avstraliyada 3,48 milyard illik qum daşında tapılmış mikrob örtüklü qalıqlar, Qərbi Qrenlandiyada 3,7 milyard illik metamorfik süxurlarda tapılan biogenik qrafit və Qərbi Avstraliyada 4,1 milyard illik süxurlar üzərində tapılmış bioloji materialın qalıqları var. Early edition, published online before print. Yerdəki həyatın ən erkən birbaşa sübutu mikroorqanizmlərin fosillərini göstərən 3,45 milyard illik Avstraliya süxurlarında mövcuddur.

750 milyon il əvvəldən 580 milyon il əvvələ qədər, Neoproterozoy dövründə Yerin çox hissəsi buzla örtülmüş ola bilər. Bu fərziyyə "Qartopu Dünya" () adlandırılır və bunun çoxhüceyrəli həyat formalarının mürəkkəbliyinin əhəmiyyətli dərəcədə artdığı Kembri partlayışından əvvəl baş verməsi xüsusi maraq doğurur. 535 milyon il əvvəl Kembri partlayışından sonra beş kütləvi qırğın olmuşdur. Ən son belə hadisə 66 milyard il əvvəl, bir asteroidin təsiri ilə baş vermiş, qeyri-avianoz dinozavrların və digər böyük sürünənlərin məhv olmasına səbəb olsa da, o dövrdə yereşənlərə bənzəyən kiçik məməlilərə toxunmamışdır. Məməlilər son 66 milyon ildə çoxaldı və bir neçə milyon il əvvəl Orrorin tugenensis cinsli Afrika meymununa bənzər bir heyvan dik durmaq qabiliyyətinə yiyələndi. Bu, alətlərin istifadəsini asanlaşdırdı və insanların daha da inkişafına səbəb olan daha böyük bir beyin üçün lazımlı qidalanmanı təmin edən ünsiyyəti təşviq etdi. Əkinçiliyin və daha sonra sivilizasiyanın inkişafı insanların Yerə və bu günə qədər davam edən digər canlı formalarının təbiəti və miqdarına təsir göstərməsinə səbəb oldu.

Gələcək Yer kürəsinin gözlənilən uzunmüddətli gələcəyi Günəşin gələcəyi ilə əlaqələndirilir. Günəşin parlaqlığı sonrakı 1,1 milyard il 10 %, sonrakı 3,5 milyard il isə 40 % artacaq. Yerin artan səth istiliyi təxminən 100–900 milyon il ərzində qeyri-üzvi karbon dövranını sürətləndirərək CO2 nisbətini bitkilər üçün ölümcül dərəcədə aşağı səviyyəyə gətirəcəkdir. Bitki örtüyünün olmaması atmosferdə oksigen itkisi ilə nəticələnəcək, heyvanlar üçün həyat qeyri-mümkün olacaqdır. Təxminən bir milyard il sonra bütün səth suları yoxa çıxacaqdır və orta qlobal temperatur -ə çatacaqdır. Yerdə fotosintezin sonuna qədər təxminən 500 milyon il daha yaşana biləcəyi gözlənilir. Lakin atmosferdən azot çıxarılarsa, bu gündən 2,3 milyard il sonra nəzarətdən kənar istixana effekti yaranana qədər həyat davam edə bilər. Antropogen emissiyalar cari günəş işığında nəzarətsiz istixana effektinə səbəb olmaq üçün ehtimal ki, kifayət deyil. Günəş əbədi və sabit olsa belə müasir okeanlarda suyun 27%-i orta okean silsilələrindən atmosferə buxar axınının azalması səbəbindən bir milyard ildə mantiyaya enəcəkdir.

Günəş təxminən 5 milyard ildə qırmızı nəhəngə çevriləcək. Modellər Günəşin indiki radiusunun təxminən 250 qatı, qədər genişlənəcəyini proqnozlaşdırır.See also Yerin taleyi daha az aydındır. Qırmızı bir nəhəng olaraq Günəş kütləsinin təxminən 30%-ni itirəcək, beləliklə ulduz maksimum radiusuna çatdıqda Yer indiki orbitindən dalğa təsiri olmadan orbitə keçəcəkdir. Hamısı olmasa da, qalan həyatın çox hissəsi Günəşin artan parlaqlığı (indiki səviyyəsindən təxminən 5000 dəfə çox) ilə məhv ediləcəkdir. 2008-ci ildə edilən bir simulyasiya Yer orbitinin dalğa təsirləri və sürüklənmələr səbəbiylə çürüyəcəyini, Günəşin atmosferinə girib buxarlanacağını göstərir.

Bu vaxta qədər Yerin səthi əriyəcək, çünki temperatur 1370 °C-ə çatacaqdır.С точки зрения науки. Гибель Земли Həmçinin Yer atmosferinin qırmızı nəhəngin yaydığı güclü günəş küləyi tərəfindən qoparılacağı düşünülür. Günəş Yer səthindən bucaq ölçüsü təxminən 160° olan nəhəng qırmızı bir dairə kimi görünəcək və bununla da səmanın çox hissəsini tutacaqdır. Nəhənglərin asimptotik qoluna çatan Günəşin diametri müasir ölçülərə nisbətən 213 dəfə artacaq. Təxminən 75.000 il (digər mənbələrə görə 400.000) sonra Günəşin qabığı parçalanacaq və nəticədə qırmızı nəhəngin yalnız kiçik mərkəzi nüvəsi — kiçik, isti, lakin çox sıx bir cisim olan ağ cırtdan qalacaqdır. Əgər Yer Günəşin qırmızı nəhəng fazasında ikən təsirindən qoruna bilərsə, onda Kainat mövcud olduğu müddətcə daha milyardlarla (və hətta trilyonlarla) il mövcud olacaq, ancaq Yer üzündə həyatın yenidən yaranması şərtləri bir daha olmayacaqdır.

"Genişləyən dünya" fərziyyəsi "Genişləyən dünya" fərziyyəsi 20-ci əsrdə qitələrin hərəkətini açıqlamaq üçün irəli sürülmüş görüşdür. Bu nəzəriyyəni, yəni Yerin böyüməsi fikrini ilk dəfə Çarlz Darvin irəli sürmüşdür. O, yer qabığının daim genişləndiyini və bununla da yeni formlaşmaların yarandığını bildirmişdir, lakin bir müddətdən sonra o, bu fikrindən daşınıb və bunu dağların böyüməsi ilə izah edib., pp. 178 , 184 , 189 , also Darwin, C. R. Geological diary: Elevation of Patagonia. (5.1834) CUL-DAR34.40–60 Transcribed by Kees Rookmaaker (Darwin Online), pp. 58–59 .thumb|"Genişlənən dünya" teoremini izah edən animasiya|175x175px

1889 və 1909-cu illərdə Roberto Mantovani Yerin genişlənməsi və kontinental hərəkət haqqında hipotezini nəşr etdi. O, qapalı və böyük bir qitənin daha kiçik olan Yerin bütün səthini örtdüyü fikrini irəli sürdü. Onun fərziyyəsinə görə, Yer qabığı daim "yenilənirdi". Alfred Vegener daha sonra bu fərziyyə ilə özünün kontinental hərəkət fərziyyəsi arasında bəzi oxşarlıqları görsə də, Mantovaninin hipotezindəki hərəkətin səbəbi kimi Yerin genişlənməsini qeyd etməmişdir. See Online version in German.

Avstraliya geoloqu Samual Varren 1956-cı ildən başlayaraq planetlərdə bir növ kütləvi artımı təklif etmiş və problemin son həllinin yalnız kosmoloji baxımdan kainatın genişlənməsi ilə əlaqədar mümkün olduğunu söyləmişdi.