Patrisia Fara Kembricdəki Klare Kollecində elm tarixi üzrə kollec müəllimidir. Oksford Universitetinin məzunu olub və doktorluq dərəcəsini London Universitetində alıb. O, əvvəllər Darvin Kollecinin üzvü olub və Klare Kollecində Emeritus üzv olaraq fəaliyyət göstərib. Eyni zamanda, burada Elm tarixi və fəlsəfəsi üzrə Tədris direktoru olub. Fara həmçinin Elm tarixi və fəlsəfəsi Departamentində Kollecinin tədris işləri üzrə səlahiyyətli şəxsi vəzifəsində çalışıb. 2016-2018-ci illərdə Britaniya Elm tarixi Cəmiyyətinin prezidenti olub. 2016-cı ildə Antikvar Saatçılıq Cəmiyyətinin prezidenti seçilib. Fara elm tarixiylə bağlı bir çox populyar kitabların müəllifidir və BBC Radio 4-ün "In Our Time" adlı elm və tarix müzakirə proqramının qonağı olub.

Həyatının erkən dövrü və təhsili Fara karyerasına fizika müəllimi kimi başlayıb, lakin yetkin tələbə olaraq elm tarixi və fəlsəfəsi sahəsində ixtisaslaşmaq üçün ali təhsilə qayıdıb və 1993-cü ildə London İmperial Kollecində doktorluq dissertasiyasını tamamlayıb.

Tədqiqat və yazıçı kimi fəaliyyəti Onun xüsusi akademik maraq sahələrinə portret sənətinin və incəsənətin elm tarixindəki rolu, Maarifçilik dövründə 18-ci əsr İngiltərəsində elmin inkişafı və qadınların elm sahəsindəki rolu daxildir. O, elm, riyaziyyat, mühəndislik və tibb sahələrində çalışan bir çox qadın haqqında yazıb. Onların arasında Herta Ayrton, Leydi Helen Qlayxen, Mona Çalmers Vatson, Helen Qvin-Vaun, İzabel Emsli Hutton, Flora Murrey, Aida Maklin, Mari Stopes və Marta Annie Uaytli kimi alimlər var.

Fara, elmdə qadınların sayını artırmaq üçün uşaq baxımına daha geniş çıxış imkanlarının yaradılmasını müdafiə edib. O, elm mövzusunda bir sıra uşaq kitablarının müəllifi və həmmüəllifidir. Eyni zamanda, elm tarixi mövzusunda kitabların rəyçisidir.

O, mükafat qazanmış Elm: 4 min illik bir tarix (2009) və Erasmus Darvin: Cins, elm və İntuitsiya (2012) kitablarını yazıb.Fara, Patricia (2012) Erasmus Darwin: Sex, Science, and Serendipity Oxford: Oxford University Press Onun ən son kitabı "Özünəməxsus Laboratoriya: Birinci Dünya Müharibəsində Elm və Seçki Hüququ" (2017) adlı əsəridir.Moore, Wendy (2018) 'A Lab of One’s Own: Science and Suffrage in the First World War by Patricia Fara review – trailblazing feminist' The Guardian 03 January 2018Bruton, Elizabeth (2018) 'When Suffragettes kicked open the lab door' Nature 10 January 2018 2013-cü ildə Fara Nature jurnalında məqalə dərc etdirərək, qadın alimlərin bioqrafiyalarının mövcud stereotipləri davam etdirdiyini vurğulayıb.

Mükafatlar

2011 Dinql Mükafatı, Britaniya Elm Tarixi Cəmiyyəti tərəfindən Elm: dörd min illik bir tarix (2009) kitabına görəFara, Patricia (2009) Science: A Four Thousand Year History Oxford: Oxford University Press 2022 Abraham Pais Mükafatı Fizika Tarixi üzrə

Biblioqrafiyası

Fara, Patricia (2002) An Entertainment for Angels: Electricity in the Enlightenment Icon Books Fara, Patricia (2002) Newton: The Making of Genius Pan-MacMillan Fara, Patricia (2002) Scientists Anonymous: Great Stories of Women in Science. Totem Books.

Fara, Patricia (2004) Pandora's Breeches: Women, Science and Power in the Enlightenment Pimlico Books Fara, Patricia (2005) Fatal Attraction: Magnetic Mysteries of the Enlightenment Icon Books Fara, Patricia (2009) Science: A Four Thousand Year History Oxford University Press

Fara, Patricia (2021) Life After Gravity: Isacc Newton's London Career Oxford University Press

Verilişlər

BBC Radio 4 In Our Time 'Ada Lovelace' 6 mart 2008 BBC Radio 4 In Our Time 'Vitalism' 28 oktyabr 2008. BBC Radio 4 In Our Time 'Baconian Science' 2 aprel 2009. BBC Radio 4 In Our Time 'Calculus' 24 sentyabr 2009 BBC Radio 4 In Our Time 'Women and Enlightenment Science' 4 noyabr 2010. BBC Radio 4 In Our Time 'Robert Hooke' 18 fevral 2016. BBC Radio 4 The Forum 'Marie Curie - A Pioneering Life' 19 Avqust 2017 BBC Radio 4 In Our Time 'Rosalind Franklin' 22 fevral 2018 BBC Radio 4 Science Stories 'Madame Lavoisier's Translation of Oxygen' 21 avqust 2019.

İstinadlar