Elvira Eliza Klen-Stefanelli () — numizmat, Smitsonian İnstitutunun Milli Numizmatik Kolleksiyasının direktoru və ABŞ Zərbxanasının məsləhətçisi. olmuşdur.https://www.inc-cin.org/assets/pdf/articles/obituary-clain-stefanelli.pdf
Bioqrafiyası O, Rumıniyanın Buxarest şəhərində anadan olmuş və tarix üzrə təhsilini Franz Cozef Universitetində almışdır. Daha sonra Çernovtsi Universitetində tarix üzrə magistr dərəcəsi əldə etmişdir. 1939-cu ildə Romada tanış olduğu Vladimir Klen-Stefanelli (1914–1982) ilə ailə qurmuşdur. Klen-Stefanelli cütlüyü sonradan Berlində yaşayıb, 1943-cü ildə sikkələr üzərində araşdırma apararkən Vladimirin pasportunun oğurlanaraq "dövlət düşməni" tərəfindən istifadə olunması səbəbindən Buxenvald konsentrasiya düşərgəsinə göndərilmişdir.
Klen-Stefanelli ailəsi 1951-ci ildə ABŞ-yə köçmüşdür. Elvira əvvəlcə Stak Sikkə Qalereyasında işləmiş, sonra isə 1957-ci ildə Smitsonian İnstitutuna qoşulmuşdur. Həmin vaxt onun həyat yoldaşı Vladimir artıq bir il idi ki, Numizmatika Bölməsinin kuratoru idi. O, institutda çalışdığı onilliklər ərzində Milli Numizmatik Kolleksiyanı (MNK) 1956-cı ildəki təxminən 60,000 eksponatdan 1982-ci ildə 960,000-dən çox eksponata qədər genişləndirmişdir. 1983-cü ildə MNK-nın icraçı direktoru vəzifəsinə təyin edilmiş və 2001-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışmışdır.
Smitsonian İnstitutundakı kuratorluq vəzifəsi ilə yanaşı, Klen-Stefanelli həm də məhsuldar bir yazıçı idi və xüsusilə 18,000-dən çox numizmatik nəşri əhatə edən Numizmatik Biblioqrafiya (1984) adlı əsəri ilə tanınır.
1994-cü ildə Klen-Stefanelli yeni yaradılmış Vətəndaş Xatirə Sikkələri Məsləhət Komitəsinə təyin edilmişdir. Bu komitə ABŞ Konqresi tərəfindən Xəzinədarlıq Katibini xatirə sikkələri proqramları ilə bağlı məsləhətləndirmək üçün yaradılmışdır. O, 2001-ci ildə vəfat edənə qədər komitədə fəaliyyət göstərmişdir.
Elvira Klen-Stefanelli Numizmatik Nailiyyət Mükafatı Bu mükafat "numizmatika sahəsində əhəmiyyətli töhfələr vermiş qadınları şərəfləndirmək üçün 2013-cü ildə təsis edilmişdir. Araşdırma, liderlik və ya mentorluq sahələrində göstərilən töhfələr numizmatik icmaya uzunmüddətli təsir göstərməli və numizmatikanın inkişafına ömürlük sadiqlik nümayiş etdirməlidir."
Mükafatın əvvəlki qalibləri:
2021 Ellen Faynqold 2020 Doroti S. Beyber 2019 Kerri Best 2018 Pryu Morqan Fitts 2017 Çarmi Harker 2016 Meri Kaunts Berleson 2015 Mişel Orsano 2014 Diana Piret 2013 Elvira Klen-Stefanelli
Əsərləri The Beauty and Lore of Coins, Currency, and Medals (with Vladimir Clain-Stefanelli), Riverwood Publishers Ltd, 1974. Chartered for Progress : two Centuries of American Banking; a pictorial essay (with Vladimir Clain-Stefanelli), Acropolis Books, Ltd., 1975. Das Grosse Buch der Münzen und Medaillen (with Vladimir Clain-Stefanelli), Munich, Battenberg, 1976. Highlights from the Money Collection of the Chase Manhattan Bank, Washington, DC, Smithsonian Institution, 1979. "Italian Coin Engravers since 1800", Smithsonian Institution, Bulletin 229 (Contributions from the Museum of History and Technology, Paper 33), 1970. Life in Republican Rome on its Coinage, Washington, DC, Smithsonian Institution, 1999. Medals Commemorating Battles of the American Revolution (with Vladimir Clain-Stefanelli), Washington, DC, Smithsonian Institution, 1973. Monnaies européennes et monnaies coloniales américaines entre 1450 et 1789 (with Vladimir Clain-Stefanelli), Fribourg, Office du Livre, 1979. Numismatic Bibliography Munich, Battenberg, 1984. Select Numismatic Bibliography, Stack’s, 1965.
İstinadlar
Xarici keçidlər Vladimir and Elvira Clain-Stefanelli papers, 1938–1972 (at the American Numismatic Society) Elvira Clain-Stefanelli on WorldCat