Şarlotta Auerbax (; ) — yazıçı, folklorşunas, alman genetiki və mutagenez elminin əsasını qoyan alimlərdən biri kimi tanınmışdır. O, xüsusilə, A. C. Klark və C. M. Robson ilə birlikdə xardal qazının meyvə milçəklərində mutasiyalara səbəb olduğunu kəşf etdikdən sonra məşhurlaşmışdır. Auerbax, ümumilikdə 91 elmi məqalə yazmış və Edinburq Kral Cəmiyyətinin, həmçinin London Kral Cəmiyyətinin üzvü olmuşdur.
Şarlotta, Kral Cəmiyyətinin Darvin medalına layiq görülmüşdür. Elmə və elmi araşdırmalara sevgisindən əlavə, o, geniş maraq dairəsinə, müstəqil xarakterə, təvazökarlığa və səmimiliyə malik biri kimi tanınmışdır.
Həyatı və təhsili Şarlotta Auerbax Almaniyanın Krefeld şəhərində anadan olmuşdur. Onun valideynləri Selma Saks və Fridrix Auerbax idi. Şarlottanın elmə marağının ailəsindən gəldiyi ehtimal olunur. Onun atası Fridrix Auerbax kimyaçı, əmisi fizik, babası Leopold Auerbax isə anatomiya üzrə mütəxəssis olmuşdur.
O, Vürtsburq, Frayburq və Berlin universitetlərində biologiya və kimya üzrə təhsil almışdır. Berlində Karl Maykl Haider və Maks Hartmann, Vürtsburqda isə Hans Knip kimi alimlər tərəfindən təhsil almışdır. Biologiya, kimya və fizika üzrə yüksək nəticələr əldə etdikdən sonra, əvvəlcə orta məktəb müəllimi olmağa qərar vermiş və bu sahə üzrə imtahanları fərqlənmə ilə vermişdir.
Şarlotta Heydelberqdə və Frankfurt Universitetində dərs demiş, lakin qısa müddət sonra Frankfurt Universitetindən yəqin ki, yəhudi olduğu üçün uzaqlaşdırılmışdır. O, daha sonra Berlin-Dahlemdə yerləşən Kayzer Vilhelm Biologiya İnstitutunda Otto Manqoldun rəhbərliyi altında elmi araşdırmalara başlamışdır. Lakin Manqold sonradan nasist partiyasına qoşulmuş və onun sərt davranışları Şarlottanı narahat etmişdir. Alim, tədqiqat istiqamətini dəyişmək istədiyini bildirdikdə Manqold ona belə cavab vermişdir: "Sən mənim tələbəmsən, mən nə deyirəmsə, onu edəcəksən. Sənin nə düşündüyünün əhəmiyyəti yoxdur!"
Berlində bir neçə məktəbdə biologiya fənnindən dərs demişdir, lakin nasistlər hakimiyyətə gəldikdən sonra yəhudi olduğu üçün qanunla ona müəllimlik etmək qadağan olunmuşdur. Anasının tövsiyəsi ilə o, Almaniyanı tərk edərək Edinburqa köçmüş və burada Edinburq Universitetinin Heyvan Genetikası İnstitutunda doktorantura təhsilinə başlamışdır.
Şəxsi həyatı O, tək uşaq idi və yəhudi ailəsində doğulmuşdu.Institute of Animal Genetics website; accessed 16 March 2016. Nasist Almaniyasından qaçdıqdan sonra Britaniya vətəndaşlığı almışdır. Şəxsi ailəsi olmamış, lakin iki oğlanı qeyri-rəsmi olaraq övladlığa götürmüşdür: biri Almaniyadan İngiltərəyə qaçmış bir qadının oğlu Maykl Avern, digəri isə İtaliyada kasıb bir ailədən gələn Ancelo Aletçi idi.
Vəfatı O, 90 yaşında olarkən evini Maykl Avernə bağışlamış və Edinburqdakı Abbeyfield Evində yaşamışdır. Beş il sonra vəfat etmiş və Mortonhol Krematoriumunda dəfn edilmişdir.
Fəaliyyəti Auerbax nüvə silahlarının qadağan olunmasını müdafiə etmiş, aparteidə qarşı çıxmış və liberallığı ilə seçilmişdir. O, həmçinin Adventures with Rosalind adlı nağıl kitabını Şarlotta Austen təxəllüsü ilə çap etdirmişdir.
Tədqiqat karyerası: Edinburq Auerbaxın doktorluq dissertasiyası Drosophila (meyvə milçəyi) növündə ayaqların inkişafı mövzusunda olmuşdur. Dissertasiyadan sonra o, Frensis Albert İli Kruyun şəxsi köməkçisi olmuş və onun vasitəsilə bir çox tanınmış alimlərlə, o cümlədən Culian Haksli, C. B. S. Holdan və Herman Cozef Müller ilə tanış olmuşdur. Müller Edinburqda çalışarkən Auerbaxın mutasiya araşdırmalarına marağını artırmışdır. Əvvəlcə Müller ilə işləmək istəməsə də, genlərin necə fəaliyyət göstərdiyini anlamaq üçün mutasiyaların öyrənilməsinin vacibliyini dərk edərək bu sahəyə keçməyə qərar vermişdir. O, sonralar belə demişdir:Auerbach 1978, pp. 319–20. Müllerin mutasiya araşdırmalarına olan həvəsi yoluxucu idi və həmin gündən etibarən bu sahəyə keçdim. Bu qərarı heç vaxt peşmanlıqla xatırlamamışam.
Auerbaxın genetik mutasiya ilə bağlı tədqiqatları uzun müddət nəşr olunmamışdır, çünki xardal qazı ilə bağlı araşdırmalar hökumət tərəfindən məxfi hesab edilirdi. Nəhayət, bu araşdırmaları çap etdirmək imkanı əldə etmişdir. Edinburq Universitetində assistent müəllim, daha sonra lektor, genetik professoru olmuş və elmi fəaliyyətini professor emeritus olaraq başa vurmuşdur.
Müəllimlik fəaliyyəti O, məktəblərdə dərs deməyi çətin hesab etsə də, universitetdə tələbələrə dərs verməkdən zövq almışdır. Onun mühazirələri aydın və sistemli olurdu, adətən qeydlərdən istifadə etmirdi. Sual verməyi sevən tələbələrə açıq olurdu və müzakirələr üçün kifayət qədər vaxt ayırırdı. Genetika haqqında bir neçə kitab yazmışdır, bunların bəziləri digər dillərə tərcümə edilmişdir. Onun "Genetics in the Atomic Age" adlı kitabı yüksək qiymətləndirilmişdir.
Mükafatlar, fəxri adlar və nailiyyətlər
Kral Cəmiyyətinin Kit mükafatı Edinburq Kral Cəmiyyətinin üzvü London Kral Cəmiyyətinin üzvü Danimarka Elmlər Akademiyasının xarici üzvü ABŞ Milli Elmlər Akademiyasının xarici üzvü Leyden Universitetinin, Dublindəki Triniti Kollecinin, Kembric Universitetinin və İndiana Universitetinin fəxri doktoru Kral Cəmiyyətinin Darvin medalı Birləşmiş Krallıq Ətraf Mühitin Mutagen Cəmiyyətinin üzvü Elektrikité de Frans tərəfindən təqdim olunan Prix de d'Institut de la Vie mükafatı Almaniya Genetika Cəmiyyətinin Qreqor Mendel mükafatı
Onun üçün ən dəyərli mükafat isə Herman Cozef Müllerin ona göndərdiyi teleqram olmuşdur. Müller onun tədqiqat nəticələrindən heyranlıqla xəbərdar olaraq belə yazmışdır: "Biz sənin mühüm kəşfindən çox həyəcanlanmışıq. Bu, nəzəri və praktiki baxımdan böyük imkanlar açır. Təbriklər!"
Edinburq Kral Cəmiyyətinin binasında onun adını daşıyan bir otaq mövcuddur. Həmçinin, Edinburqdakı Kral Kompleksi universitet ərazisində onun şərəfinə Charlotte Auerbach Road adlı küçə adlandırılmışdır.
İstinadlar
Ədəbiyyat
Women in the Biological Sciences: A Biobibliographic Sourcebook. Edited by LS Grinstein, CA Bierman, and RK Rose. Greenwood Press 1997. Kateqoriya:Almaniya folklorşünasları Kateqoriya:Almaniya yəhudiləri Kateqoriya:XX əsr bioloqları Kateqoriya:Britaniya genetikləri Kateqoriya:Qadın alimlər