Saparbəy Kasmambətov (; ) — məşhur qırğız manasçısı, dastan tədqiqatçısı, şair, nasir və türkoloqu. Həyatı Saparbəy Kasmambətov 30 may 1934-cü ildə Narin vilayətində anadan olub. Uşaqlığının çox hissəsini Narın vilayətinin Koçkor rayonunda keçirib. Daha sonra İsıkgöl rayonunun Korumdu kəndindəki qohumlarının yanına köçüb.
O, 1972-ci ildə Karakoldakı pedaqoji texnikumu, 1982-ci ildə isə B.Beyşənəliyeva adına İncəsənət İnstitutunun folklor şöbəsini bitirib.
O, ömrünün xeyli hissəsini Narin vilayətində və Qırğızıstanın İsıkgöl vilayətinin Balıqçı şəhərində keçirib. O, əyalət teatrında rəssam olub, həmçinin tarix və ədəbiyyat müəllimi kimi də çalışıb.
1990-cı illərdən Bişkekdə yaşayıb.
O, uzun sürən xəstəlikdən sonra 2020-ci il yanvarın 19-da Bişkekdə vəfat edib.
Yaradıcılığı Epik və qırğız xalqının tədqiqinə dair 6 kitabın müəllifidir: «Бала кыялы» (Uşaqlıq arzusu, 1994); «Эр Кошой» (Boqatır Koşoy, 1994); «Бала Манас баяны» (Manasın uşaqlığı, 1998); «Балыкчы баяны» (Balıqçının əfsanəsi, 1998); «Билерик» (Qolbaq, 2003). 2011-ci ildə Kentdə (Böyük Britaniya) onun publisistik hekayələri və manasçı kimi keçdiyi yol haqqında xatirələr toplusu nəşr olundu.Singing the Kyrgyz Manas: Saparbek Kasmambetov’s recitations of epic poetry. https://www.worldcat.org/title/singing-the-kyrgyz-manas-saparbek-kasmambetovs-recitations-of-epic-poetry/oclc/725112761
Doqquz yaşından qırğız folklorunun əsas personajı Manasın qəhrəmanlığından danışırdı. Onun müəllimi Manasçı Şapak Irismendeyev olub. O, manasçı sənətinə yiyələnərək, şair olub. Böyük improvizasiya məktəbindən keçib.
Onun eposdan sevimli epizodu "Semeteyin Urqonç sularını keçməsi"dir.
Onun təkcə respublikanın müxtəlif yerlərində deyil, həmçinin xaricdə də çıxışları olub. O, Şotlandiyada çıxış edərkən düz 20 saat səhnədə əfsanəvi qəhrəmanın həyatından danışıb. Şotlandiyalı dinləyiciləri o qədər heyrətləndirmişdir ki, onun çıxışı videoya çəkilmiş, daha sonra dastanın ingilis dilində üç cildlik nəşri işıq üzü görmüşdü.
Mükafatları 2010-cu ildə manasçıların yaradıcılığına dəstək məqsədilə yaradılmış "Uluu Bayan" ictimai fondu ona "El manasçısı" adı və "Zalkar manasçısı" ictimai mükafatı ilə təltifləndirib. O, 2000 qırğız somu (2014-cü ilin sonunda bu məbləğ təxminən Rusiya rubluna bərabərdir) məbləğində ömürlük təqaüdə layiq görülüb. Qırğızıstanın Balıqçı şəhərinin fəxri vətəndaşı. Qırğızıstan Respublikasının əməkdar mədəniyyət xadimi. "Dank" medalı ("Şöhrət"). Qırğızıstan Respublikası Hökumətinin Fəxri Fərmanı (2014).. Qırğız Respublikasının Baş nazirinin təşəkkürnaməsi (2016)..
İstinadlar
Xarici keçidlər Официальный некролог в связи с кончиной выдающегося манасчы Сапарбека Касмамбетова Kasmambətov Saparbəy, Manasçı Şapakın xeyir-duası https://www.azattyk.org/a/30385431.html https://www.bbc.com/kyrgyz/kyrgyzstan-51167132 https://www.worldcat.org/title/singing-the-kyrgyz-manas-saparbek-kasmambetovs-recitations-of-epic-poetry/oclc/725112761
Kateqoriya:Qırğızıstan yazıçıları Kateqoriya:Hekayəçilər Kateqoriya:XX əsr şairləri Kateqoriya:Qırğızıstan şairləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ türkoloqları