Beynəlxalq Azadlıq Cəbhəsi yaxud qısaca FID (Fr. Front international de décolonisation) 2024-cü il 17–18 iyul tarixlərində Bakı Təşəbbüs Qrupunun dəstəyi və Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı ilə yaradılmışdır.
FID-in ilk dəfə Bakı şəhərində təsis edildiyi Qurultayda Fransa və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib, Antil adalar qrupu, Boneyra və Sen-Martindən olan 17-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının nümayəndələri iştirak etmişdir.
18 iyul 2024-cü il — Bakıda baş tutan Qurultayın ikinci günü müstəmləkəçilikdən xilas olmaq məqsədilə yaradılan Beynəlxalq Azadlıq Cəbhəsi yaxud qısaca FID (Fr. Front international de décolonisation) kolonial siyasətdən əziyyət çəkən qüvvələrin səylərinin birləşdirilməsi istiqamətində ilk addım idi.
Müstəqillik Hərəkatları Qurultayının keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürülən kolonializmə və neokolonializmə qarşı beynəlxalq müstəvidə mübarizə aparmaq qətiyyətinin davam etdirilməsi;
Müstəqillik tərəfdarları arasında əlaqələrin gücləndirilməsi və kommunikasiya perspektivlərinin müzakirə edilməsi.
Bakı Təşəbbüs Qrupunun cəbhənin fəaliyyətindəki rolu right|frameless|244x244px Beynəlxalq Dekolonizasiya Cəbhəsinin fəaliyyətində müxtəlif ərazilərdən nümayəndələrin bir araya gətirilməsi;
müstəmləkəçiliklə mübarizənin gücləndirilməsi;
bu cür müstəqillik hərəkatlarının beynəlxalq səviyyədə dəstəklənməsi.
Beynəlxalq Azadlıq Cəbhəsinin hədəfləri Fransanın son koloniyalarının dekolonizasiya və öz müqəddəratını təyin etmə məsələlərində dünyada doğru ictimai rəyin formalaşdırılmasına nail olmaq;
Cəbhənin gələcək fəaliyyətinə müstəmləkəçiliyin aradan qaldırılmasına dair konkret strategiyaların proqramlaşdırılması və beynəlxalq təşkilatlara təqdim etmək üçün ortaq tələblər platformasını hazırlamaq
Təhsil təqaüdünün verilməsi;
Siyasi məhbusların azad edilməsi;
Müstəmləkəçiliklə bağlı davam edən ədalətsizliklərə diqqət çəkməyə və qlobal miqyasda dekolonizasiya ilə bağlı müzakirələrin irəliləməsinə öz layiqli töhfəsini vermək.
Son Fransız Koloniyalarının Vətənpərvər Siyasi Təşkilatlarının Konqresinin Yekun Bəyannaməsi 2024-cü il iyulun 18-də Bakı şəhərində aşağıdakı vətənpərvər siyasi təşkilatlarının nümayəndələri tərəfindən imzalanıb:
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG)
Baş katib: Jan-Jakob Bisep (Jean-Jacob Bicep)
Beynəlxalq Təzminat Hərəkatı (MIR-Qvadelupa)
Prezident: Xose Jan Pyer (Xose Jean-Pierre)
Qvadelupa Milli Birlik Qüvvələrinin Qurucuları Katibliyi (FKNG)
Fəxri prezident: Lük Renet (Luc Reinette)
Müstəqillik və Sosializm Uğrunda Kommunist Partiyası (PCG)
Baş katib: Feliks Flemin
Qaradərili xalqların Beynəlxalq Komitəsi (CIPN)
Prezident: Jakelin Defonten (Jacqueline Desfontaines)
Kaledoniya İttifaqı (UC)
Baş komissarın müavini: Jak David Vanabo
Kaledoniyalılar İttifaqı-Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi Qrupu (FLNKS)
Xarici Əlaqələr üzrə Daimi Katib: Mikael Forrest
Çoxmədəniyyətli və mütərəqqi Yeni Kaledoniya
Prezident: Maria Isabella Saliga Lutovika
"Tavini Huiraatira" partiyası
Baş katibi: Viktor Maamaatuaiahutapu
Nazione müstəqillik hərəkatı (Nazione)
Beynəlxalq komissiyanın sədri: Jan Mark Rodriges
Müstəqillik və Sosializm Uğrunda Kommunist Partiyası (PKLS)
Mətbuat katibi: Aleks Qranvil (Alex Granville)
Martinikanın Suverenliyi naminə Demokratlar və Eko-Aktivistlər Hərəkatı (MODEMAS)
Prezidentinin baş müşaviri: Muriel Danıel
Martinikanın Qurtuluş Partiyası (PALIMA)
Partiyası Komitəsinin üzvü: Silvani Kurton (Sylviane Curton)
Dekolonizasiya və Sosial Qurtuluş Hərəkatı (MDES)
Hərəkatının Siyasi Bürosunun üzvü: Sindi Pollüks (Cindy Polluks)
Boneyr adasının İnsan Hüquqları Təşkilatı Fondu
Prezidenti: Davika Jasmine Bıssessar
Birləşmiş Pueblo Mütərəqqi Hərəkatı
Prezident: Ceyms Fines (James Fınıes)
Sen-Martin Assosiasiyası
Prezident: Roda Arindel (Rhoda Arrindell)
FID-in növbəti qurultayı right|frameless|231x231px 2025-ci il 23–24 yanvar tarixlərində Kanakinin Numea şəhərində Beynəlxalq Azadlıq Cəbhəsinin növbəti qurultayı keçirilmişdir.
Qurultay iştirakçıları:
Fransanın dənizaşırı ərazilərindən
Fransız Polineziyasının "Tavini Huiraatira" siyasi partiyası,
Korsikanın Nazione müstəqillik hərəkatı (Nazione),
Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG),
Beynəlxalq Təzminat Hərəkatı (MIR-Qvadelupa),
Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi Qrupu (FLNKS), Martinikanın Müstəqillik və Sosializm Uğrunda Kommunist Partiyası (PKLS) və Niderlandın iki kiçik ada ölkələrinin təşkilatları, Sen-Martin Assosiasiyası,
Birləşmiş Pueblo Mütərəqqi Hərəkatı (Boneyra). right|frameless|230x230px Nəticədə:
cəbhə üzvləri birgə bəyanat imzalamış;
hadisəni əbədiləşdirmək üçün ağac əkmişlər.
Bəyannamədə:
suverenlik,
müstəmləkəçilik mövzusunda maarifləndirilmənin artırılması,
ambisiyaların möhkəmləndirilməsinə dair müddəalar yer almışdır.
FID-in fəaliyyətində Azərbaycan bayrağı — müstəqillik tərəfdarlarının azadlıq və hörmət simvolu Fransa koloniyalarının azadlıq mücadiləsində ötən ildən etibarən Azərbaycan bayrağı müşahidə olunur. BTQ-nin israrlı fəaliyyəti və azadlıq hərəkatlarına hüquqi dəstək platforması koloniyalarda Azərbaycan bayrağına xüsusi rəğbət formalaşdırmış və mütəmadi olaraq siyasi aksiya və fəaliyyətlərdə Azərbaycan bayrağı digər azadlıq hərəkatları bayraqları ilə yanaşı qaldırılır. Son olaraq BAC-ın Kanakidəki Qurultayında da ölkəmizin bayrağı növbəti dəfə dalğalandırılmışdır. right|287x287px
İstinadlar