Cennifer Vestvud () — britaniyalı yazıçı, radio aparıcısı və folklorşünas; O, fəlsəfə doktoru dərəcəsinə malik olub, əsasən ingilis dili, anqlo-sakson və qədim Norveç dili üzrə ixtisaslaşmışdı. İlk kitabı "Orta əsr nağılları" 1968-ci ildə nəşr olunmuşdur. 1987–2003-cü illərdə Folklor Cəmiyyətinin fəal komitə üzvü kimi çalışaraq, nəşrlərin redaktəsi və digər müəlliflərə kömək etmək kimi müxtəlif vəzifələri icra etmişdir. Radio aparıcısı kimi BBC Radio 4 və Radio Norfolk üçün proqramlar hazırlamışdır. İkinci evliliyindən sonra "Cennifer Çandler" adı ilə də kitablar nəşr etdirmişdir.

Həyatı Cennifer Betris Fulçer 5 yanvar 1940-cı ildə Norfolkda yerləşən Norton Sabkurs kəndində anadan olmuşdur. Atası daş hörgüçü, anası isə məktəb müəllimi idi."Westwood, Jennifer", Library of Congress, archived from the original on 17 June 2016, retrieved 26 April 2016Jennifer Westwood — obituary", The Times, p. 45, 26 may 2008 O, ibtidai təhsilini təxminən 8 mil uzaqlıqdakı Suffolkun Bekles şəhərində almışdır. Üç yaşına qədər oxumağı öyrənmişdir. Daha sonra Beklesdəki Sir Con Leman Qrammatika məktəbində təhsil almış və Oksford Universitetinin Müqəddəs Anne kollecinə qəbul olunmuşdur. Orada ingilis dili və anqlo-sakson dilləri üzrə ixtisaslaşmışdır.

Birinci nikahı Lafboro Universitetində İdman Təhsili üzrə təhsil alan Trevor Vestvud ilə bağlamışdır. Bu dövrdə Kembric Universitetində qədim Norveç dili üzrə təhsil almışdır.Bowman, Marion (December 2008), "Jennifer Westwood (1940–2008)", Folklore, 119 (3): 346–348, doi:10.1080/00155870802352293, JSTOR 40646473, S2CID 161378473 Araşdırmaları üçün İslandiya və Skandinaviya ölkələrinə səyahət etmişdir. 1968-ci ildə birinci həyat yoldaşından boşanmışdır. Daha sonra menecment məsləhətçisi Brayan Çandler ilə evlənmiş və Conatan adlı bir oğlu olmuşdur.

Fəaliyyəti 1968-ci ildə "Ortaəsr nağılları" adlı ilk kitabı nəşr olunmuşdur. Kitab Kembricdə apardığı araşdırmalara əsaslanmış və uşaqlar üçün yazılmışdır. Bu, Britaniyanın orta əsrlər dövrünə aid uyğunlaşdırılmış nağıllardan və fransız dilindən tərcümə olunmuş eyni dövrə aid əfsanələrdən ibarət idi. Merilend Universitetindən Doktor Cessi Roderik kitabın ibtidai məktəb şagirdləri üçün mövzuya dair yaxşı bir əsas yaratdığını bildirmişdir.Roderick, Jessie A. (January 1969), "Books for children", Elementary English, 46 (1), National Council of Teachers of English: 40–49, JSTOR 41386463 Vestvud eyni janrda bir neçə kitab yazmış və "Rupert Bear" illik nəşrlərinə töhfə vermişdir. The Observer qəzetinin ədəbi tənqidçisi Naomi Lyuis, onun "Gilgamış və digər Babil nağılları" (1968) kitabının "məlumatlandırıcı elmi şərhlər" təqdim etdiyini bildirmişdir.Lewis, Naomi (1 December 1968), "Children's books: to the Glass Mountain", The Observer, p. 30 Vestvud dəqiq və geniş araşdırmalar aparmış, müxtəlif mövzularda çoxsaylı kitablar nəşr etdirmişdir. 1985-ci ildə nəşr olunan "Albion: Əfsanəvi Britaniya üzrə bələdçi" folklorşünas Jaklin Simpson tərəfindən "əfsanələrin geniş bölməsini elmi təhlillə təqdim edən ilk kitab" kimi qiymətləndirilmişdir. Vestvud və Simpson birlikdə "Torpağın əfsanələri" (2005) kitabı üzərində işləmiş, Simpson isə 2007-ci ildə "Ketrin Briqs xatirə mühazirəsi"ndə onların araşdırma metodlarını izah etmişdir.

1989–1992-ci illərdə "Qotik" adlı silsilə bələdçi kitabları nəşr olunmuşdur. Vestvud "Qotik Hertfordşir", "Qotik Norfolk" və "Qotik Kornuoll" kitablarını yazmışdır.Wood, Juliette (1994), "Reviewed work", Folklore, 105: 118, JSTOR 1260656 Folklorşünas Cülyetta Vud onun araşdırmalarının keyfiyyətini yüksək qiymətləndirmiş və bu kitabların həm ümumi oxucular, həm də akademik yanaşma axtarışında olanlar üçün uyğun olduğunu bildirmişdir. 1996-cı ilin mayında Vestvud Fransa, Sent-Meri-de-la-Mer şəhərindəki dindarların yürüşündə iştirak etmiş, altı ay sonra isə bu ziyarətindən geri qayıtmışdır. Bu müddətdə "Müqəddəs səyahətlər: Dünyadakı ziyarətgahlar üçün illüstrasiyalı bələdçi" (200 səhifəlik bələdçi kitabı) əsərini nəşr etdirmişdir. 1987-ci ildə Folklor Cəmiyyətinin fəal üzvü olmuşdur. Cəmiyyətdə nəşrlər üzrə redaktor, "Folklore" jurnalının həmmüəllifi və FLS Buksun redaktoru kimi çalışmışdır. 2008-ci ildə Folklor Cəmiyyəti ona "Kut Leyk" medalını təqdim edərək "mükəmməl araşdırma və akademik töhfələrinə" görə mükafatlandırmışdır. Bu medal yalnız xüsusi hallarda təqdim olunur və əvvəlki laureatlar arasında folklorşünaslar Iona və Piter Opi, professor E. O. Ceyms və M. M. Banks olmuşdur. Vestvud natiq və mütəxəssis kimi BBC Radio 4 və Radio Norfolk üçün "Lənd Layns" proqramı da daxil olmaqla müxtəlif verilişlər hazırlamışdır.

Ölümü 1998-ci ildə ona döş xərçəngi diaqnozu qoyulmuşdur, lakin 2003-cü ilə qədər Folklor Cəmiyyətindəki fəaliyyətini davam etdirmişdir. 12 may 2008-ci ildə vəfat etmişdir.

Seçilmiş əsərləri Gilgamesh and Other Babylonian Tales (Heroic retellings from history and legend) (1968) Isle of Gramarye: An Anthology of the Poetry of Magic (1970) Tales and Legends (1971) Stories of Charlemagne (1972) Alfred the Great (Wayland kings and queens) (1978) Albion: Guide to Legendary Britain (Hardback 1985) (Paperback 1995 ) Going to Squintum's: A Foxy Folk Tale (1985) Gothick Hertfordshire (1989) Gothick Norfolk (1989) Gothick Cornwall (1992) Sacred Journeys: An Illustrated Guide to Pilgrimages Around the World (1997) Mysteries: Lost Atlantis (Mysteries of the Ancient World) (1997) Sacred Journeys: Paths for the New Pilgrim with Martin Palmer (2000) The Atlas of Legendary Places with James Harpur (2001) On Pilgrimage: Sacred Journeys Around the World (2003) The Lore of the Land: A Guide to England's Legends, from Spring-heeled Jack to the Witches of Warboys with Jacqueline Simpson (2005) The Penguin Book of Ghosts: Haunted England with Jacqueline Simpson (2008) The Lore of Scotland: A guide to Scottish legends with Sophia Kingshill (2009)

İstinadlar