Əbu Nadr Məhəmməd ibn Saib ibn Bişr əl-Kəlbi əl-Kufi (; ) — təfsir və nəsəb alimi.
Əl-Kəlbi təfsir sahəsində, xüsusi ilə islam peyğəmbəri Məhəmmədin səhabəsi və qohumu Abdullah ibn Abbasdan nəql etdiyi görüşlərlə tanınır.
Bioqrafiyası Kufədə anadan olmuşdur. Quda qəbiləsinin Kəlb ibn Vəbarə qoluna mənsubdur. Babası Bişr ibn Əmr, qardaşları Ubeyd və Əbdürrəhman ilə birlikdə Cəməl və Siffin döyüşlərində Əlinin tərəfində vuruşublar. Atası Musab ibn Zübeyrin yanında həlak olub.
O, İbnül-Əşasın tərəfdarı olaraq Deyr əl-Cəmacim döyüşündə iştirak etmişdir.
Daha sonra elmə yönəlmişdir. O, nəsəb, tarix, dil və təfsir sahələrinə diqqət yetirərək özünü bu sahələrdə yetişdirmişdir.
Hicri 144-cü (761) ildə Kufədə vəfat etmişdir.
Onun "Kitabu Təqsim əl-Quran" və "ət-Təfsir" adlı iki əsəri vardır.
İstinadlar
Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:Şiələr Kateqoriya:İslam tarixçiləri Kateqoriya:İraqlı şiə müsəlmanları Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:VIII əsr ərəbləri