Ester Şepard (, ) — amerikalı folklorşünas, şair, dramaturq, ədəbiyyat tənqidçisi və pedaqoq olmuşdur. O, xüsusilə Pol Banyan haqqında topladığı rəvayətlər kolleksiyası ilə tanınır."Esther Shephard". In Gale Literature: Contemporary Authors. Farmington Hills, Michigan: Gale, 2001.
Həyatı və təhsili Ester Maria Lofstrand 1891-ci ildə Minneapolis, Minnesota ştatında anadan olmuşdur.Esther Shephard papers, 1852-1972. Special Collections, University of Washington Libraries. Archives West: https://archiveswest.orbiscascade.org/ark:80444/xv23297 Onun valideynləri Con Auqust Lofstrand və Castina Lofstrand (qızlıq soyadı Lindberq) idi. 1900-cü il siyahıyaalmasına görə, ailə Minnesotanın Stançfild şəhərində fermerliklə məşğul idi. Bu şəhər Minneapolisdən təxminən 80 km şimalda yerləşirdi. Onun hər iki valideyni İsveçdə anadan olmuşdur.
İlk iş təcrübəsi Minnesota ştatında dövlət məktəbində müəllim kimi başlamışdır, lakin 1910-cu ildən sonra Montana ştatının Belqreyd şəhərinə köçərək burada dərs deməyə davam etmişdir. 1914-cü ildə o, General Railway Signal şirkətində usta işləyən Riçard Tomas Şepard ilə evlənmişdir. Cütlük Minnesota ştatında nikaha girsə də, Bozeman şəhərində yaşamışdır. Lakin toylarından cəmi altı ay sonra Riçard ağciyər trombozu səbəbindən vəfat etmişdir.U.S. Census Bureau. 1900 Census. Stanchfield Township, Isanti County, Minnesota (District 4).
Ərinin ölümündən sonra Vaşinqton ştatına köçən Şepard, burada Vaşinqton Universitetində təhsil almağa başlamışdır. O, 1920-ci ildə bakalavr, 1921-ci ildə magistr və 1938-ci ildə doktorantura dərəcəsini tamamlamışdır. Onun doktorluq dissertasiyası XIX əsr Amerika şairi Uolt Uitmen haqqında olmuşdur.
1921-ci ildə o, Sietldə sığorta sahəsində çalışan Ellis Şepard ilə ailə qurmuşdur. Onların Riçard Colyon Şepard adlı bir oğlu dünyaya gəlmişdir. Ester Şepard 10 fevral 1975-ci ildə, 83 yaşında, San-Fransiskoda vəfat etmişdir.Bozeman, Montana, City Directory, 1914.
Karyerası Şepard müxtəlif universitetlərdə müəllim vəzifəsində çalışmışdır:Richard T. Shepherd death certificate, Montana State Historical Society; Helena, Montana; Montana, County Births and Deaths, 1830–2011. 1921–1922 – Rid Kolleci (Portland, Oreqon), 1928–1930 – Vaşinqton Universiteti (Sietl), 1934–1935 – Lauver Kolumbiya Kolleci (Lonqvyu Vaşinqton), 1939–1959 – San-Xose Dövlət Universitetinin İngilis dili fakültəsi.
Bundan əlavə, o, şair, dramaturq, ədəbiyyat tənqidçisi və folklor tədqiqatçısı kimi də fəaliyyət göstərmişdir. 1928-ci ildə nəşr olunan "Women of the West" kitabında onun üç pyesi – Jet, Pierrette’s Heart və The Wife – və "The Gift of Signy" adlı folklor əsəri qeyd edilmişdir."Guide to the Esther Shephard Papers". Online Archive of California, https://oac.cdlib.org/findaid/ark:/13030/kt996nf6gc/entire_text/.
Ədəbiyyat tənqidi Şepardın akademik araşdırmaları Uolt Uitmenin arxiv və əlyazmalarının tədqiqinə yönəlmişdi. O, xüsusilə Uitmenin ədəbi təsirləri və mənbələri ilə maraqlanırdı.Obituary: “C. Ellis Shephard Taken by Death”, The Seattle Star, February 10, 1938, p. 2.
Onun doktorantura dissertasiyası əsasında 1938-ci ildə "Walt Whitman’s Pose" adlı kitabı nəşr olunmuşdur. Kitab "New York Times" tərəfindən müsbət qarşılanmış və tənqidçi Piter Monro kitabı "xüsusi maraq doğuran əsər" adlandırmışdır. Müəllifin fikrincə, Uolt Uitmen özünü "vagabond şair" kimi təqdim edən ədəbi persona yaratmış və müəyyən dərəcədə saxtakarlıq etmişdir. Lakin bu yanaşma tənqidçi Stiven Raxman tərəfindən sərt tənqid olunmuşdur və o, Şepardın Uitmenə qarşı "bütün simpatiyasını və obyektivliyini itirdiyini" bildirmişdir.State of California. California Death Index, 1940–1997. Sacramento, California: State of California Department of Health Services, Center for Health Statistics.
Folklor tədqiqatları Şepardın ən məşhur folklor əsəri "Paul Bunyan" (1924) kitabıdır.Esther Shephard. Walt Whitman's Pose. New York: Harcourt Brace, 1938, p. 141. Bu əsər Qərb sahilindəki meşə düşərgələrində toplanan Pol Banyan əfsanələri əsasında yazılmışdır.The Gift of Signy. In U.S. Government Printing Office, Catalogue of Copyright Entries: Pamphlets, Leaflets, Contributions to Newspapers or Periodicals, etc.; Lectures, Sermons, Addresses For Oral Delivery; Dramatic Compositions; Maps; Motion Pictures. Volume 23 (1926), p. 2613. Kitab Vaşinqton Tarix Jurnalı tərəfindən yüksək qiymətləndirilmiş və müəllifin "Pol Banyan haqqında mövcud olan ən tam kolleksiyanı topladığı" vurğulanmışdır. 1941-ci ildə kitabın yeni illüstrasiyalı nəşri çıxmışdır, burada məşhur amerikalı rəssam Rokvell Kent 24 tam səhifəlik illüstrasiya hazırlamışdır.
Şepard 1950-ci ildə Çin əfsanəsi "The Cowherd and the Sky Maiden" əsərinin yenidən nəşrini həyata keçirmişdir. Tənqidçilər bu əsəri "Şərq poeziyasına xas olan tərzi və rəngarəng üslubu" ilə yüksək qiymətləndirmişlər. Kitabın illüstrasiyaları Çin rəsmlərindən ibarət idi. Amerikalı bəstəkar Con Viddon Verrall bu əsəri operaya çevirmiş və onun premyerası 17 yanvar 1952-ci ildə Vaşinqton Universitetində baş tutmuşdur.es of Grass]]'' to the point that she has virtually no sympathy or ear for Whitman and his work".Stephen Rachman, “Esther Shephard”. In Walt Whitman: An Encyclopedia. Donald D. Kummings and J. R. LeMaster, eds. New York: Garland, 1998, p. 634.
İstinadlar
Xarici keçidlər Esther Shephard papers, 1852-1972. Special Collections, University of Washington Libraries. Archives West. Esther Shephard Papers. Online Archive of California. Works by or about Esther Shephard at Internet Archive.
Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Vaşinqton Universitetinin müəllimləri