Qoruqlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh

Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 27 km şimal-qərbdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənənd çayının sahilindədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, tibb məntəqəsi var.

Toponimikası Vənnənd çayının sahilində Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatlara görə oykonim qızılbaşların zülqədər tayfasının qoruq qolunun adındandır. Bu qol isə mənşəcə Səlcuq oğuzlarının 24 tayfasından biri olmuş karık tayfasındandır.

Əhalisi Əhalisi 190 nəfərdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.

Həmçinin bax Ordubad rayonu

İstinadlar

Kateqoriya:Ordubad rayonunun kəndləri