Əmrə Kutalmış Atəşli (; ) — türk taekvondoçusu. +80 və +87 kilo çəki dərəcələrində yarışan Əmrə Atəşli İstanbul Böyükşəhər Bələdiyəspor və milli komanda adından yarışlarda iştirak edir. O, 2022-ci il taekvondo üzrə Avropa çempionatında qızıl medal qazanıb. Karyerası Tunisin Hammamet şəhərində keçirilən 2018-ci il Dünya Taekvondo Gənclər Çempionatında 78 kq çəki dərəcəsində mübarizə aparan Əmrə Kutalmış Atəşli finalda Tayvanlı Menq-En Lini 9-8 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.
O, 2022-ci ildə İngiltərənin Mançester şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında finalda ispan İvan Qarsiya Martinezi məğlub edərək qızıl medal qazanıb. İlk raunddan heç-heçə keçərək, 1/4 finalda sloveniyalı İvan Konrad Traykoviçi 16-5 hesabı ilə məğlub edib. Yarımfinalda isə azərbaycanlı Radik İsayevi 8-7 hesabı ilə məğlub edərək finala yüksəlib. Əmrə Kutalmış 2022-ci ildə Romada keçirilən Taekvondo Qran Prisində qızıl medal qazanıb. O, ilk mərhələdə Cənubi Koreyalı Seonqi Lini, ikinci mərhələdə ispaniyalı İvan Qarsiya Martinez, 1/4 finalda braziliyalı Migel Martins Soares, yarımfinalda İngiltərə təmsilçisi Kaden Kanninqhem, finalda isə Fil Dişi Sahilindən Olimpiya çempionu Çeyk Sallah Sisse qalib gələrək qızıl medal qazanıb. Konyadakı Səlcuq Universiteti "19 May idman salonu"nda keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında kişilər arasında +87 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Azərbaycanın paytaxtı Bakıda keçirilən 2023-cü ildə taekvondo üzrə dünya çempionatında kişilər arasında +87 kq çəki dərəcəsində ilk raunddan heç-heçə keçən Əmrə Kutalmış ikinci mərhələdə polşalı Mikolay Şaferski, üçüncü mərhələdə qazaxıstanlı Ruslan Japarov, dörddəbir finalda isə Azərbaycan təmsilçisi Həmidreza Sadrini məğlub edib. O, yarımfinalda meksikalı Karlos Sensoresə uduzaraq bürünc medal qazanıb. O, Polşanın paytaxtı Krakov şəhərindəki "Krynica-Zdroj Arena"da keçirilən III Avropa Oyunlarında kişilər arasında +87 kq çəki dərəcəsində moldovalı rəqibinə qalib gəlsə də, Böyük Britaniyadan olan rəqibinə məğlub olaraq 1/4 finala yüksəlib. Rəqibinin finala yüksəlməsindən sonra, Əmrə Kutalmış Norveç və İspaniya idmançılarını məğlub edərək bürünc medala sahib olub.
İstinadlar
Kateqoriya:Taekvondo üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Taekvondo üzrə Avropa Çempionatının medalçıları Xarici keçidlər Emre Kutalmis Atesli 2024-cü il Yay Olimpiya Oyunlarında
Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:Taekvondo üzrə Avropa çempionları Kateqoriya:2023 Avropa Oyunlarında medal qazananlar