Tivi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh.
Tarixi Burada son Tunc və antik dövürlərinə aid maraqlı abidələr (nekropol və yaşayış yeri)vardır. Gəmiqaya rəsmləri Tivi kəndinin şimal-şərqindədir.
Mədəniyyəti Kənddə tam orta məktəb, Tibb Məntəqəsi, Mədəniyyət evi yerləşir. Tivi kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi Kiçik Çillənin axırıncı Cümə Axşamı Xıdır Nəbi Mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il İlaxır Çərşənbə böyük coşğu ilə qeyd olunur. Özünəməxsusluğu ilə seçilən Tivi adətlərindən biri də Xan Şənllikləridir.
Toponimikası Ordubad rayonunda kənd. Zəngəzur silsiləsindədir. Oykonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır. Bulaq yerli əhali tərəfindən müalicə məqsədilə istifadə olunur. Toponimiyada tivi "bataqlıq", "göl", "su dolan yer", "su şırnağı" mənalarında işlənmişdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Coğrafiyası və iqlimi Rayon mərkəzindən təqribən 60 km şimal-qərbdə, Ordubad-Bist avtomobil yolunun kənarında, Zəngəzur silsiləsinin ətəyində yerləşir.
Dağlıq ərazidə yerləşən Tivi çoxsaylı mineral suların qaynağıdır.
Əhalisi Əhalisi 1412 nəfərdir (2009).
Tanınmış şəxsləri Bədrəddin Quluyev — 1994-cü il 24 yanvarda Fizuli rayon cəbhəsində Qarabağ uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur Elman Həbib — Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Əzizağa Məmmədov — Azərbaycan Respublikasının xalq artisti Aydın Hüseynov — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Tivi kənd icra nümayəndəsi, Həsən Əliyev adına Zəngəzur Milli Parkının icraçı direktoru
İqtisadiyyatı Eyniadlı bələdiyyənin mərkəzidir.
Kənd əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur.
İstinadlar
Xarici keçidlər Teleetüd-Tivi kəndi
Həmçinin bax Tivi mineral bulağı Haçaqaya yaşayış yeri
Kateqoriya:Ordubad rayonunun kəndləri