Bəni-İsrail (, ivr. בני ישראל; ) — yəhudi xalqının adıdır, Quranda təxminən 40 dəfə, əsasən Musanın həyatı və yəhudi xalqının Misirdən çıxması ilə bağlı hekayətlərlə əlaqədar olaraq xatırlanır .
İsrail adı, İsrailin 12 qəbiləsinin törədiyi Yaqubun adlarından biri idi. Quranın 3:93-cü ayəsində qeyd olunur. Bəzi ayələrdə İsanın da Bəni-İsrail tayfası arasında adı çəkilir.
İslamda yəhudilər İslamda yəhudilər yəhud () termini ilə xatırlanır. Bu termin Quranda Mədinə dövründə keçib və Məhəmmədlə eyni dövrdə yaşamaqda olan yəhudilərə aiddir. Mədinəyə hicrətdən əvvəl əsasən "İsrail övladları" (Bəni-İsrail) ifadəsi işlədilirdi. Adətən yəhudilərə xristianlarla (nasara) eyni gözlə baxılırdı.
Yəhudilər "Kitab əhli" (əhli-kitab) kimi təsnif edilirdilər. Məkkə və ilk Mədinə peyğəmbərlik dövrlərində Məhəmmədin Mədinənin (Yəsrib) və bir çox şimal ərəb vadilərinin əhalisinin əhəmiyyətli hissəsini təşkil edən yəhudilər arasında öz yoldaşları və ardıcılları tapacağını gözləyirdi . Lakin Mədinə yəhudiləri Məhəmmədin peyğəmbərlik missiyasını tanımırdılar və onu inamsızlıq və istehza ilə qarşıladılar. Qureyşlə ittifaqa girən yəhudilər Məhəmmədlə açıq-aşkar düşmənçilik etdilər, nəticədə hicrətin ilk illərində Mədinə yəhudiləri ilə bir sıra toqquşmalar baş verdi, nəticədə Bənu Qaynuqa, Qureyza və Nadir qəbilələrinin üzvləri Mədinədən qovuldular, sonra isə yəhudi mərkəzlərinə və Fədək yəhudilərinə qarşı hərbi yürüşlərə başladılar.
İslam şəriətinə görə, yəhudilər islam dövlətinin (əhli-zimmə) himayəsində ola biləcək şəxslər kateqoriyasına daxildirlər. Yəhudi icmaları icmaların daxili işlərinə qarışmayan islam hökmdarları ilə bütün əlaqələri həyata keçirən rəhbərlərinə tabe idilər.
İstinadlar Kateqoriya:Yəhudilər Kateqoriya:İslam terminləri Kateqoriya:Quranda adı çəkilənlər