– "Square Enix" nəşriyyatı tərəfindən nəşr olunan seynen manqası jurnalı. Jurnalda hər iki həftədən bir çıxır.

Tarixi "Young Gangan" jurnalı 3 dekabr 2004-cü ildən nəşr olunur. Jurnal ayda iki dəfə çıxır: birinci və üçüncü cümə günləri. Jurnalın üzlüklərində müxtəlif fotomodellərin təsvirləri yer alır. Məsələn, 2019-cu ildə yapon kospleyer Enakonun "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?" animesinin personajı Hestiyanın kospleyini etmiş və jurnalın 5-ci buraxılışının üzlüyündə peyda olmuşdur.

2008-ci ildə jurnalın redaktorlarından biri yetkin olmayan idollarla içki içməyə getdiyi barədə doğru olmayan bloq postları paylaşdığı üçün mübahisəyə səbəb olmuş və jurnaldakı işindən çıxarılmışdır.

Seriyalar Jurnalda nəşr olunan seriyalara "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?" (2013), "Space Dandy" (2013), "Baccano!" (2015), "Restaurant to Another World" (2016), "86" (2018), "My Dress-Up Darling" (2018), "My Awkward Senpai" (2019) kimi seriyalar daxildir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Seynen manqası jurnalları Kateqoriya:Square Enix