Filippin kobrası (Naja philippinensis) — Həmçinin "Filippin tüpürən kobrası" və ya "şimali Filippin kobrası" kimi tanınan, Filippinin şimal regionlarına məxsus iri və yüksək dərəcədə zəhərli bir tüpürən kobra növü.

Taksonomiya

"Naja philippinensis" 1922-ci ildə amerikalı herpetoloq Edvard Harrison Teylor tərəfindən təsvir edilmişdir. "Naja" cins adı sanskrit dilindəki "nāgá" (नाग) sözünün latınlaşdırılmış formasıdır və "kobra" mənasını verir. "Philippinensis" epiteti isə latın dilində "Filippin adalarından" mənasını daşıyır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1922-ci ildə təsvir edilən sürünənlər Kateqoriya:Təhlükədə olmayan növlər