Heydər Əliyev — Azərbaycan Respublikasının 3-cü Prezidenti. Onun prezidentliyi 1993-cü ildə başlayıb, bundan sonra Heydər Əliyev 1998-ci ildə yenidən ölkə prezidenti seçilib.
Prezident seçkiləri 1993-cü il oktyabrın 3-də Azərbaycanda prezident seçkiləri keçirildi və bu seçkilərdə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Heydər Əliyev 98,8 % səs toplayaraq qalib gəldi.
1998-ci il oktyabrın 11-də Heydər Əliyev 76,1 % səs toplayaraq yenidən ölkə prezidenti seçildi.
Daxili siyasəti 1994-cü ilin dekabr - 1995-ci ilin mart aylarında aqrar islahatların aparılması prinsiplərini hazırlamaq üçün xüsusi komissiyalar yaradıldı. Bu komissiyalar 1995-1996-cı illərdə torpaq islahatı və təsərrüfatların yenidən qurulması haqqında üç əsas qanun layihəsi hazırladılar. Yeni iqtisadi sistemin ümumi prinsipləri 1995-ci ilin noyabrında qəbul edilmiş ölkənin konstitusiyasında öz əksini tapmışdır.
1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda Azərbaycanın yeni Konstitusiyası qəbul edilmışdir. Yeni konstitusiya Azərbaycanda 1920-ci illərin əvvəllərindən mövcud olmuş torpaq mülkiyyətində dövlət inhisarını ləğv etdi və daşınar və daşınmaz əmlaka (məsələn, torpaq) xüsusi mülkiyyət hüququnu tanıdı. Yeni konstitusiya planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçidi təsbit etdi.
1998-ci ilin fevralında ölkədə ölüm hökmü ləğv edildi.
1997-ci ildən Azərbaycanda makroiqtisadi sabitliyin bərqərar olması və iqtisadi tənəzzülün dayandırılması tendensiyaları müşahidə olundu, bu da neft sənayesinə diqqətin göstərilməsi nəticəsində mümkün oldu. Dövlət Qərb investorları üçün əlverişli şərait yaratdı.
30 sentyabr 2002-ci ildə Heydər Əliyev Azərbaycan dilini dövlət dili olması haqqında qanun imzalayıb.
Neft diplomatiyası 1994-cü il sentyabrın 20-də Azərbaycan hökuməti Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının genişmiqyaslı işlənməsi üçün qlobal neft-qaz korporasiyaları — BP (Böyük Britaniya), Amoco, Unocal, Exxon, McDermott and Pennzoil (ABŞ), Lukoyl (Rusiya), Statoil (Norveç), habelə Azərbaycan Dövlət Neft Şirkəti, TRAO (Türkiyə), Delta Nimir (Səudiyyə Ərəbistanı), Ramco (Şotlandiya) şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. 1996-cı il martın 8-də Azərbaycan prezidenti Heydər Əliyev və Gürcüstan prezidenti Eduard Şevardnadze Tbilisidə Bakı-Supsa neft kəmərinin tikintisi ilə bağlı razılığa gəliblər. 1999-cu ildə Xəzər neftinin Bakı yaxınlığındakı Səngəçal terminalından Xəzər dənizində Gürcüstanın Supsa limanına nəqli üçün boru kəməri işə salındı. “Çıraq” yatağından çıxarılan neftin dünya bazarlarına ixracı Supsa limanından başlayıb və ilk dəfə olaraq Azərbaycan nefti Qərbə axmağa başlayıb.
İlk dəfə 1997-ci il oktyabrın 25-də Azərbaycan nefti Novorossiysk limanına (Rusiya Federasiyası) çatdırılıb.
1999-cu il noyabrın 18-də ATƏT-in dövlət başçılarının İstanbulda keçirilən Zirvə görüşü zamanı Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Türkiyə prezidenti Süleyman Dəmirəl “Xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri ilə nəqli” sazişini imzaladılar.XX əsrin son Zirvə görüşü
2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tikintisinə başlanıldı. Mərasimdə üç dövlətin başçısı - Azərbaycan prezidenti Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Türkiyə prezidenti Əhməd Necdət Sezər, ABŞ-ın Xəzər məsələləri üzrə nümayəndəsi Stiven Mann iştirak etmişdilər.
1999-cu ilin dekabrında Azərbaycan “mənfəət nefti” ilə doldurulmuş ilk iki tanker dünya bazarlarına çıxdı. Bu neftin satışından əldə olunan gəlir Heydər Əliyevin yaratdığı Azərbaycan Respublikası Dövlət Neft Fonduna gedirdi. Bu fondun məqsədi neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanmasıdır.
Xarici siyasəti 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs sazişi imzalanıb. Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin hüquqi bazasının əsas sənədi 1997-ci il iyulun 3-də prezidentlər arasında imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
1997-ci ilin oktyabrında Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ilə birlikdə GUAM təşkilatını yaratdılar.
2001-ci il noyabrın 29-da MDB-nin Moskvada keçirilən sammiti zamanı Qazaxıstan və Azərbaycan prezidentləri “Xəzər dənizinin dibinin delimitasiyası haqqında saziş”i imzaladılar. [https://faolex.fao.org/docs/pdf/bi-66609.pdf СОГЛАШЕНИЕ между Республикой Казахстан и Азербайджанской Республикой о разграничении дна Каспийского моря между Республикой Казахстан и Азербайджанской Республикой]
2001-ci il martın 12-də Azərbaycan Prezidentinin Türkiyəyə rəsmi səfəri zamanı “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında təbii qazın alqı-satqısı haqqında Azərbaycandan Türkiyəyə təbii qazın tədarükü haqqında saziş” imzalanmışdır. Beləliklə, Azərbaycan və Türkiyə arasında qaz sahəsində əməkdaşlığın əsası qoyuldu. Azərbaycan təbii qazının Türkiyə Respublikasına tədarük edilməsinə dair Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Sazişin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Heydər Əliyevin xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələri ilə münasibətlərə xüsusi diqqət yetirilirdi. Bu illər ərzində Türkiyə ilə əlaqələr ümummilli liderin "bir millət, iki dövlət" formulu əsasında, sarsılmaz təməl üzərində qurulmuşdur.https://files.preslib.az/projects/heydaraliyev/articles/he0907.pdf HEYDƏR ƏLİYEVİN MÜDRİK XARİCİ SİYASƏTİ
Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici oldu. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu.
Həmçinin bax Heydər Əliyev Fondu İlham Əliyevin prezidentliyi Heydər Əliyevin xarici ölkələrə etdiyi səfərlərin siyahısı
İstinadlar
Xarici keçidlər
Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu (30 sentyabr 2002) Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI IFES Election Guide. Elections: Azerbaijan Pres Oct 11 1998 Heydər Əliyevin mükafatları, təltifləri və fəxri adları (tam siyahı) Heydar Aliyev (The Telegraph, 15. dekabr 2003) Heydər Əliyev. Elektron Sənədlər Toplusu Heydər ƏLİYEV Алиев Гейдар Алиевич Heydar Aliyev (Encyclopedia Britannica) Алиев Гейдар Алиевич (Алиев Гейдар Алирза-оглу) 1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu BDU-nun fəxri doktorları Депутаты Верховного Совета СССР XI-го созыва 1984–1989 Lincoln University (California) TÜRK DÜNYASI HİZMET ÖDÜLLERİ Azərbaycanı dünyaya tanıdan böyük şəxsiyyət Ədəbiyyat siyahısı. HEYDƏR ƏLİYEVƏ HƏSR OLUNMUŞ BƏDİİ ƏSƏRLƏR Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi Heydər Əliyev və xarici siyasətin Azərbaycan modeli. Heydər Əliyevin xarici siyasət kursu: dünya sisteminin yenidən qurulması kontekstində Azərbaycan Respublikasının xarici siyasəti (1991–2003) 1-ci hissə ONLAYN OXU book Azərbaycan Respublikasının xarici siyasəti (1991–2003) 2 hissə PDF
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Heydər Əliyev Kateqoriya:Azərbaycan prezidentləri Kateqoriya:Prezidentlər