Kosmos Muzeyi () – Ukraynada keçmiş kilsə binasında yaradılmış elmi muzey. Pereyaslav şəhərinin "muzeylər şəhərciyi"ndə yerləşən 30-dan çox muzeydən biridir. Kilsə binası 1891-ci ildə tikilmiş, 1971-ci ildə baş vermiş daşqınlardan sonra köçürülmüş və 1973-cü ildə yenidən tikilmişdir.

Yerləşməsi Kosmos Muzeyi Ukraynanın Pereyaslav şəhərinin "muzeylər şəhərciyi"ndə yerləşir. Muzey burada yerləşən 30-dan çox muzeydən biridir və Orta Dnepr Milli Tarixi-Etnoqrafik Qoruğunun Folklor Həyatı və Memarlığı Muzeyinin tərkib hissəsinə daxildir.

Kilsə Muzey üçün istifadə olunan tikili Müqəddəs Paraskevanın adını daşıyan taxta kilsə olmuşdur. Kilsə 1891-ci ildə tikilmişdir. 1971-ci ildə kilsənin yerləşdiyi regionda güclü daşqınlar baş vermiş və kilsə köçürülmüşdür. 1973-cü ildə kilsə yenidən tikilmişdir.

Kilsə binası xaç formasında plana malikdir. Zəng gülləsi şam ağacı taxtasından hazırlanmışdır. Üç tərəfində artırma yerləşir: dördüncü tərəfində yerləşən artırma muzeyin yaradılması zamanı sökülmüşdür.

Muzey Muzey 1979-cu ildə Mixail Sikorskun təşəbbüsü və elmlər akademiyasının dəstəyi ilə açılmışdır. Muzey 2003-cü ilə qədər Dünya Elm və Sülhpərvər Kosmik Tədqiqat Muzeyi adlanmışdır. Muzeydəki 450-dən çox eksponat kilsənin 5 böyük otağında sərgilənir. Muzeydə Sergey Korolyov və Aleksandr İşlinskinin dövrünə aid memorial otaqlar yerləşir. Burada RD-219 raket mühərriki, Minsk-32 kompüter sistemi, Ukraynanın ilk Fuko kəfkiri (10 kiloqram ağırlığa malikdir), kosmik nəqliyyat vasitələrində istifadə olunmuş cihazlar, Soyuz 23-ə aid olan SK-II kosmik geyimi sərgilənir. Muzey ekspozisiyasına Ayın Yerdən keçərkən çəkilmiş fotoları, eləcə də, Mars 5, Mars 6 və Venera 9 cihazları vasitəsilə çəkilmiş fotolar daxildir. Muzey müasir kosmos tədqiqatlarını və Ukraynanın kosmik nailiyyətlərini də nümayiş etdirir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukrayna muzeyləri Kateqoriya:Kosmosun tədqiqi Kateqoriya:Aviasiya muzeyləri