Əxlaq psixologiyası və ya əxlaqi psixologiya —həm fəlsəfə, həm də psixologiya sahələrini ümumi əsasda tədqiq edən bir tədqiqat sahəsidir. Tarixi baxımdan əxlaq psixologiyası termini əxlaqi inkişafın öyrənilməsinə istinad etmək üçün nisbətən dar bir mənada istifadə edilmişdir. Nəticə etibarı ilə əxlaq psixologiyası etika, psixologiya və idrak fəlsəfəsinin kəsişməsindəki müxtəlif məsələləri daha geniş bir formada öyrənməyə başlamışdır. Sahənin bəzi əsas mövzularına nümunə olaraq əxlaqi mühakimə, əxlaqi mülahizə, əxlaqi həssaslıq, əxlaqi məsuliyyət, əxlaqi motivasiya, əxlaqi kimlik, əxlaqi fəaliyyət, əxlaqi inkişaf, əxlaqi müxtəliflik, əxlaqi əsaslar, əxlaqi xarakter (xüsusən də fəzilət etikasına aiddir), altruizm, psixoloji eqoizm, əxlaqi şans, əxlaqi proqnozlaşdırma, əxlaqi emosiya, emosional proqnozlaşdırma və əxlaqi fikir ayrılığı göstərilə bilər.
Müasir dövrdə əxlaq psixologiyası bioloji, koqnitiv/hesablama və mədəni əxlaqi mühakimə və davranışın əsaslarını və süni intellekt kontekstində əxlaqi mühakimə ilə əlaqədar olan məsələlər ilə bağlı inkişaf edən tədqiqat sahəsidir.
İstinadlar
Ədəbiyyat siyahısı
Govrin, A. (2019). Ethics and attachment - How we make moral judgments. London: Routledge
Xarici keçidlər
Moral Psychology Research Group – with Knobe, Nichols, Doris and others.
Stenford fəlsəfə ensiklopediyasından Empathy Moral Character Moral Motivation Moral Psychology: Empirical Approaches Moral Responsibility
İnternet fəlsəfə ensiklopediyasından Psychological Issues in Metaethics Moral Character Moral Development Responsibility
Kateqoriya:Əxlaq psixologiyası