Xanbağı — Azərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində tarixi məhəllə. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır.
İbrahimxəlil xan tərəfindən Şuşanın bir ağac məsafəsində salınmış “Xan bağı” adını almış bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma, armud, gavalı, əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi.
12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailə üzvləri ilə birlikdə rus zabiti Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.
1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
Əhalisi
Tanınmış şəxsləri Bülbül (1897–1961) — Azərbaycanın dünya şöhrətli opera müğənnisi Bülbül burada anadan olduğu hesab olunur. Ağabəyim ağa (1782–1832) — İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi, Fətəli şahın zövcəsi Xankəndidə, Xanbağında anadan olduğu hesab olunur.
İstinadlar
Xarici keçidlər Azerinfo
Kateqoriya:Xankəndi