Call of the Night, Yaponiyada tanınan adı ilə – Kotoyama tərəfindən yazılan və illüstrasiya olunan manqa seriyası. 2019-cu ilin avqustundan 2024-cü ilin yanvarına qədər "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında nəşr olunmuşdur. Manqa seriyasının 20 tankobon cildi buraxılmışdır. Manqa seriyası gecələr yata bilməyən və küçələrdə vaxt keçirməyə başlayan Ko Yamori adlı gəncdən bəhs edir. Bir axşam Nazuna Nanakusa adlı müəmmalı vampir qızla tanış olur və aralarında münasibətlər inkişaf etməyə başlayır.
"Liden Films" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2022-ci ildə, ikinci mövsümü 2025-ci ildə yayımlanmışdır. Manqa seriyası 2023-cü ildə şonen kateqoriyası üzrə Shogakukan Manqa Mükafatının qalibi olmuşdur.
Məzmun
Ko Yamori məktəb yaxşı oxuyan, amma həyatından zövq ala bilməyən 14 yaşlı gəncdir. Bu səbəbdən də yuxusuzluqdan əziyyət çəkir və özünü daha yaxşı hiss etmək üçün gecələr tək küçələrdə gəzir. Bir gecə onun qarşısına Nazuna Nanakusa adlı müəmmalı bir qız çıxır. Nazuna ona yuxusuzluq problemini həll edə biləcəyini bildirir. Nazunanın evinə gedən Ko özünü yatmış kimi göstərəndə qəfildən Nazuna onun boynundan dişləyib qanını içir. O, Nazunanın əslində vampir olduğunu öyrənir. Ko gündüz həyatından qurtulmaq üçün Nazunadan onu da vampirə çevirməsini xahiş edir. Amma vampirə çevrilməyin bir şərti var: vampirin dişlədiyi şəxs vampirə aşiq olmuş olmalıdır. Ko özünü necəsə Nazunaya aşiq edib vampirə çevrilməyi qarşısına məqsəd kimi qoyur. O, tezliklə şəhərdə Nazuna kimi başqa vampirlərin də olduğunu öyrənir.
İstehsal Manqa seriyasının müəllifi Kotoyama verdiyi müsahibədə qeyd etmişdir ki, o, qaranlıq yerləri sevir və çox işıqlı yerlər onu yorur. Kotoyama dançi, gecə, vampir, gənc oğlan kimi elementləri birləşdirməyə qərar vermiş və beləliklə, "Call of the Night" manqasının ideyası ortaya çıxmışdır. O, Ko personajını yaradarkən onun snikerlərinin dizaynına, gecə səhnələrini çəkərkən işıq dirəklərinə xüsusi diqqət ayırmışdır. O, birinci fəsili yazmaq üçün bir neçə ay vaxt sərf etmişdir. Kotoyama manqanı çəkərkən yaşadığı ən böyük çətinliyin Nazunanın hörüklərini təsvir etmək olduğunu bildirmişdir.
Kotoyama manqa seriyanın adı üçün "Creepy Nuts" qrupunun "Yofukashi no Uta" mahnısından ilhamlanmışdır. O, mahnın adını görəndə dərhal manqa üçün ideal olduğunu düşünmüş və addan istifadə etmək üçün qrupdan icazə istəmişdir. Mahnı daha sonra anime serialı adaptasiyasının bağlanış mahnısı kimi istifadə olunmuşdur.
Media
Manqa
Manqa seriyası Kotoyama tərəfindən yazılmış və çəkilmişdir. 28 avqust 2019-cu ildən 24 yanvar 2024-cü ilə qədər "Shogakukan" nəşriyyatının "Weekly Shonen Sunday" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 20 tankobon cildi buraxılmışdır. Birinci cild 18 noyabr 2019-cu ildə, sonuncu – 20-ci cild 18 mart 2024-cü ildə buraxılmışdır.
11 noyabr 2020-ci ildə Kotoyamanın əvvəlki manqası olan "Dagashi Kashi" ilə "Call of the Night" manqasının xüsusi krossover fəsili nəşr olunmuşdur. 2 iyul 2025-ci ildə "Weekly Shonen Sunday" jurnalında adlı qısa manqa seriyası serializasiya olunmağa başlamışdır. Manqa 27 avqust 2025-ci ildə bitmişdir.
Anime
11 noyabr 2021-ci ildə açılan saytla manqa seriyasının anime serialı adaptasiyası anons edilmişdir. "Liden Films" studiyası tərəfindən çəkilən anime serialının rejissoru Tomoyuki İtamura, baş rejissoru Tetsuya Miyanişi, ssenaristi Miçiko Yokote, personaj dizayneri Haruka Saqava və bəstəkarı Yoşiaki Devadır. Birinci mövsüm 8 iyuldan 30 sentyabr 2022-ci ilə qədər Fuji TV-nin NoitaminA veriliş bloku vasitəsilə yayımlanmış və 13 seriya davam etmişdir. Açılış və bağlanış mahnıları "Creepy Nuts" qrupu tərəfindən ifa olunan və "Yofukashi no Uta" mahnılarıdır.
11 mart 2024-cü ildə ikinci mövsüm anons edilmişdir. İkinci mövsüm 4 iyuldan 19 sentyabr 2025-ci ilə qədər yayımlanmağa başlamışdır. Açılış mahnısı "Creepy Nuts" qrupu tərəfindən ifa olunan "Mirage" mahnısı, bağlanış mahnısı eyni qrup tərəfindən ifa olunan mahnısıdır.
Qəbul Manqa 2023-cü ildə "Ən yaxşı şonen manqası" kateqoriyası üzrə Shogakukan Manqa Mükafatının qalibi olmuşdur. "MyAnimeList" 2023-cü ildə yayımlandığı "Bu manqaları oxumalısız" siyahısında "Call of the Night" manqasını "yeni başlayanlar üçün" kateqoriyasında göstərmişdir.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2019-cu ilin manqaları Kateqoriya:2022-ci ilin anime serialları Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Romantik komediya anime və manqaları Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Liden Films Kateqoriya:NoitaminA Kateqoriya:Vampirlər haqqında anime və manqalar Kateqoriya:Shogakukan Manqa Mükafatının qalibləri Kateqoriya:Komediya teleserialları