Qazax rayonu — Azərbaycan Respublikasının şimal-qərbində yerləşən inzibati-ərazi vahidi.

Rayon ərazisində ilk insan məskənlərinin tarixi eradan əvvələ bir neçə min il əvvələ, daş dövrünə qədər uzanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci ilin 2 avqust tarixli Qərarı ilə Qazax rayonunda yerləşən 112 arxeoloji və memarlıq abidəsi qeydiyyata alınmışdır. Bunlardan 3-ü dünya əhəmiyyətli, 51-i ölkə əhəmiyyətli, 58-i isə yerli əhəmiyyətli abidədir. Siyahıdakı abidələrin 45-i memarlıq, 56-sı arxeoloji, 6-sı bağ-park monumental, 5-i dekorativ-tətbiqi sənət nümunələridir. Onlardan 1-i (İnventar № 4503) 11 may 2018-ci ildə siyahıdan çıxarılmışdır.

Siyahı

Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri №İnventar №AdıAid olduğu dövrMəlumatKoordinatlarYeriŞəkilİstinadlarMemarlıq abidələri17Sınıq körpüXII əsrAzərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında, Xram çayının üzərində salınmışdır. Körpünün dəqiq tikilmə tarixi bəlli deyil. Tədqiqatçıların bir çoxu, o cümlədən, ingilis tarixçisi Poup və sənətşünaslıq doktoru L. Bretanitski körpünün tarixini XI–XII əsrə aid edirlər. Bəzi tarixçilər körpünün daha qədim dövrlərdə tikildiyini irəli sürürlər. Sınıq körpü üslub xüsusiyyətlərinə görə Xudafərin körpüləri ilə oxşardır. Buna görə də Sınıq körpünü eyni məktəbə və təqribən eyni zamana (XII əsrə) aid edirlər. Mütəxəssislər körpünün memarlıq üslubu və tikinti texnikasının Azərbaycan memarlığına məxsus olduğunu qeyd edirlər.

Qədim karvan yolunun üstündə olan bu körpü el arasında körpünün bel hissəsinin sınıq olmasına görə belə adlandırıldığı bildirilir. Rusiya Azərbaycanı işğal etdikdən sonra 1801-ci ildə Qazax sultanlığı Rusiyaya birləşdirilib və həmin vaxtdan Rusiya imperatorluğunun sənədlərində "Sınıq körpü" "Qırmızı körpü" kimi adlandırılmağa başlanıb.

1973-cü ildə körpünün dayaqlarında dəmir-beton konstruksiya ilə möhkəmləndirmə işləri aparılıb. Dünya əhəmiyyətli memarlıq abidəsi olan körpünün tam bərpa layihəsi hazırlanıb və 2018–2020-ci illərdə bərpa işləri həyata keçirilib.Qazax rayonu, İkinci Şıxlı kəndiframeless|200x200pxArxeoloji abidələr224Damcılı mağara düşərgəsiPaleolit dövrüMağara həm arxeoloji, həm də təbiət abidəsi hesab edilir. Avey dağının cənub-şərqində yerləşən Damcılı mağarası Paleolit dövrünə aiddir. Mağara yarımdairəvi şəkildədir və qabaq hissəsi açıqdır. Əhəng qayalığının altındadır. Təbii çatlardan süzülən su damcılarına görə "Damcılı mağara" adlanır. Ərazidə ilk dəfə 1953–1957-ci illərdə arxeoloji qazıntı aparılıb, Avey dağında Daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara və iki minə yaxın alət tapılıb. Daş dövrü adamlarının müxtəlif cinsli daşlardan alətləri və ovladıqları heyvanların yarı yandırılmış sümüklərinin qalıqları, ocaq külləri, kömür qırıntıları və s. Damcılı mağarada təxminən 80–100 min il bundan əvvəl neandertal tipli ibtidai insanların burada məskən saldıqlarını sübut edən əyani dəlillərdir.

2015-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin mütəxəssisləri Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün memorandum imzalanıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 metr dərinliyində Orta əsrlərə, Tunc dövrünün sonuna aid, daha dərində isə Neolit dövrünə aid qalıqlar – ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə Orta Paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub.Qazax rayonu, Daş Salahlı kəndiframeless|267x267px332Baba Dərviş yaşayış yeri (3 abidə)Tunc dövrüAğstafaçay vadisinin dağ silsiləsi ilə birləşdiyi yerdə mövcud olan təpələrin üstündə salınmışdır. Ümumilikdə, Baba Dərviş yaşayış yeri silsilə təşkil edən 5 təpədən ibarətdir. 1958–1962-ci və 1966-cı illərdə burada arxeoloji qazıntılar aparılmış, müxtəlif tarixi dövrlərə aid tapıntılar əldə olunmuşdur. Arxeoloji materiallara əsəsən bu məskən e.ə. III minilliyin başlanğıcında mövcud olmuş, burada məskunlaşan insanlar çoxsaylı maddi-mədəniyyət nümunələri yaratmışlar. Həmin dövrə aid gildən düzəldilmiş insan, keçi, öküz və başqa heyvanların fiqurları, təkər modelləri və s. aşkar olunmuşdur.

Baba Dərviş ərazisində aparılan qazıntılar zamanı bir neçə yaşayış tikililəri üzə çıxarılmışdır. Xronoloji baxımından bu tikililər e.ə. XII–VII əsrlərə aid olaraq Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti abidələri ilə uyğunluq təşkil edir. Yaşayış yerində 600 m² sahədə aparılan qazıntılar zamanı aşkar edilən mədəni qatlarının ən qədimi yarımqazma tipli evlərlə xarakterizə olunan Eneolit təbəqəsidir. Bundan üstdə yerləşən Kür-Araz təbəqəsinin qalınlığı 50–60 sm-dir. Bu təbəqə kül qatları, çiy kərpic parçaları, suvanmış çuxur qalıqları, çay daşları və s. maddi-mədəniyyət qalıqlarından ibarətdir. Təbəqədə təsərrüfat məqsədi üçün istifadə olunmuş 25 çuxura rast gəlinmişdir. Bəzi çuxurların divarları çiy kərpic parçaları ilə bərkidilərək suvanmışdır. Təsərrüfat çuxurlarının içərisindən gil qab parçaları, məişət əşyaları, heyvan sümükləri və yanmış taxıl qalıqları aşkar edilmişdir. Çuxurların əksəriyyəti aşağıya doğru genişlənən quyu formasındadır. Onların ən irisinin yuxarıdan diametri 1,15m, altdan diametri isə 2,5m-dir. Bu çuxurlar taxıl ehtiyatı saxlamaq üçün nəzərdə tutulduğu düşünülür. Bu qədər böyük təsərrüfat quyusunun yaşayış binalarının olmadığı kiçik bir ərazidə qeydə alınması, abidənin bu hissəsindən taxıl ehtiyatlarının saxlanması üçün ümumi anbar kimi istifadə edildiyini göstərir. Yaşayış yerində məişət tullantılarının doldurulduğu çuxurlara və ocaqlara da rast gəlinmişdir. Ocaqlar silindirik-dairəvi formalı olub, divarları odun təsirindən qızarmış və bişmişdir. Onların birinin içərisindən heyvan sümükləri, öküz fiquru, naxışlanmış gil qab tapılmışdır. Ehtimal olunur ki, bu ocaqdan müəyyən ayinlərin icrası üçün istifadə olunmuşdur.

1966-cı ildə katakomba tipli qəbir aşkar edilmişdir. Burada cənazə ilə birlikdə gil qablar, ağac cam, dəmir bıçaq, ağacdan olan toxuculuq dəzgahın hissəsi, sümük mil və tunc iynələr tapılmışdır.

Aparılan tədqiqatlar göstərir ki, Baba Dərviş sakinləri oturaq həyat sürmüş və əsasən əkinçiliklə məşğul olmuşdular. Onların təsərrüfatlarında maldarlıq da mühüm rol oynamışdır. Xırdabuynuzlu heyvanların maldarlıqda üstünlük təşkil etdiyini göstərir. İribuynuzlu heyvanlar isə əkinçilikdə və nəqliyyatda qoşqu qüvvəsi kimi istifadə olunmuşdur. Toxuculuq, dulusçuluq yerli sakinlərin əsas məşğuliyyətindən olmuşdur.Qazax rayonu, Dəmirçilər kəndi, Ağstafaçayın sol sahilindəframeless|267x267px

Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri №İnventar №AdıAid olduğu dövrMəlumatKoordinatlarYeriŞəkilİstinadlarMemarlıq abidələri1281Əskipara monastırıV-VIII əsrlərQazax rayonu, Yuxarı Əskipara kəndi2282Didivan qülləsiVI-VII əsrlərAbidə İrəvandan Qazaxa səmtlənən qədim karvan yolunun kənarında Didivan dağının zirvəsində yerləşir. İnşasında iri qaya parçalarından istifadə olunmuşdur. Qüllənin altında gizli keçid olduğu və bu yol ilə müəyyən istiqamətə gedib-gəlməyin mümkünlüyü düşünülür. Abidənin adı linqvistikaya istinadən müxtəlif cür izah olunur. Bir yanaşmaya əsasən abidənin adının səslənmə forması "Dədəban"dır. "Dədəban" sözü "dədə evi" mənasını daşıyır. Belə ki, qüllə XX əsrin ortalarınadək el arasında ziyarətgah kimi istifadə olunub. Bu ehtimal da onun adının necə formalaşmasının müəyyən olunmasında xüsusi əhəmiyyətə malikdir. Digər bir versiyaya görə isə "didivan" sözü fars mənşəli olub, "gözətçi məntəqəsi" anlamına gəlir. Didivan qülləsi el arasında "Koroğlu qalası" da adlandırılır. Ehtimallara görə e.ə. I minillikdə inşa olunmuş bu gözətçi qülləsi Avey dağındakı Alban məbədi ilə birlikdə ərazinin müdafiə sistemini təşkil edib. Qabarıq konusvari formada olduğu üçün bəzən bu abidəni yel dəyirmanına da bənzədirlər. Lakin qüllənin daxili konstruksiyası belə bir tipoloji qurğu xüsusiyyətinin olmadığını aydın formada əks etdirir.

İndiyədək abidədə bərpa işləri aparılmayıb. Qüllə və ətrafında olan kompleksin bərpası və abadlaşdırılması üçün onu əhatə etmiş mühafizə divarlarının trayektoriyasına uyğun olaraq konservasiya layihə cizgiləri hazırlanıb.Qazax rayonu, Xanlıqlar kəndindən 6 km məsafədəframeless|200x200px3283Alban məbədi (Avey monastırı)VII əsrQafqaz Albaniyası dövrünə aid olan məbəd Avey dağının cənub zirvəsinin ən uca nöqtəsində yerləşir, hazırda "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu tərəfindən mühafizə edilir. Məbəd əvvəllər aya sitayiş etmiş bütpərəstlər tərəfindən inşa edilib və "Ay məbədi" adlandırılıb. Bunu mütəxəssislər tərəfindən arxeoloji qazıntılar zamanı tapılan küplərin üzərində əks edilmiş ay, aya sitayiş edən insan şəkillərinə əsasən söyləmək mümkündür.

Məbəd kompleksi iki tikilidən – birincisi şimal-cənub istiqamətində yerləşən düzbucaq formalı əsas böyük abidə və ikinci kiçik yardımçı tikilidən ibarətdir. Əsas tikili ikipilləli özül üzərində, qədim ay məbədinin üzərində inşa edilib. Daha doğrusu, bütpərəst məbədi xristianlığın qəbulu ilə dövrün dini tələblərinə uyğun olaraq sökülərək onun yerində xristian məbədi tikilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda abidənin aid olduğu dövr VII əsr qeyd olunsa da abidənin daxili quruluşu, onun oxşar abidələrlə müqayisəsi, buradan əldə edilmiş arxeoloji materialların təhlili onun VI əsrdə inşa olunduğunu deməyə əsas verir.Qazax rayonu, Daş Salahlı kəndi, Avey dağının dəniz səviyyəsindən 922 metr hündürlüyündəframeless|200x200pxBağ-park, monumental və xatirə abidələri4481Şəhər bağıXIX əsrQazax şəhərinin mərkəzindəArxeoloji abidələr51232Sarıtəpə yaşayış yeriSon tunc – ilk dəmir dövrüQazax şəhərinin qərb qurtaracağında, kərpic zavodunun həyətində aşkar edilmişdir. 1956–1958-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının arxeoloji ekspedisiyasının qazıntıları zamanı aşkara çıxarılmışdır. Sahəsi 1 ha olan abidə 100 metr diametrində və 10 metr hündürlüyündə olan bir təpədən ibarətdir. Abidə Xocalı-Gədəbəy mədəniyyətinə aid edilir. Araşdırmalara əsasən, Sarıtəpədə yaşayış son tunc dövründən başlayaraq e.ə. I minilliyə qədər davam etmişdir. Yaşayış yerində dini ayinlərin icrası üçün məbəd inşa edilmişdir. Məbədin otaqlarının birinin döşəməsinə 1 m hündürlüyü olan 15 küp basdırılmışdır, onlarda taxıl, üzüm və ərik tumları aşkarlanıb. Məbədin ətrafında tikilmiş evlərdən birinin uzunluğu 7,5 m, eni 5 m-dir (ümumi 37,5 m²). Evin mətbəxi yaşayış hissəsindən möhrə divarla ayrılmış, dairəvi formalı gil ocaqla təchiz olunmuşdur. Ərazidə yanğın və dağıntı izləri də qeydə alınmışdır.