Əbu Abdillah Məhəmməd ibn Ömər ibn Vəqid əl-Vəqidi əl-Əsləmi əl-Mədəni (; ) — məğazi müəllifi, islam tarixçisi, mühəddis və qazı.

Bioqrafiyası Hicri 130-cu ildə (747) Mədinədə məvali bir ailədə dünyaya göz açıb. Babası Vəqidə nisbətlə "Vəqidi" adlanmışdır.

İbn Əbu Zib, Məmər ibn Rəşid, İbn Cüreyc və Əbu Məşər əs-Sindidən dərslər alıb.

İbn Səd onun tələbəsi olmuşdur.

Yəhya ibn Xalid əl-Bərməki ilə yaxın dost olub.

Fikirləri Əhməd ibn Hənbəl tərəfindən tənqid edilib.

Siyər və məğazi səhalərində əsərlər qələmə alıb. "Əl-Məğazi" əsərini ilk dəfə A. Kremer nəşr etdirib. Yozef Horovits onun haqqında doktorluq dissertasiyası yazmışdır.

İstinadlar

Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:İslam tarixi Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Mədinəlilər Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:IX əsr tarixçiləri Kateqoriya:VIII əsr tarixçiləri