Adam Riess () — amerikalı astrofizik və fizika üzrə 2011-ci il Nobel mükafatı laureatıdır.The 2011 Nobel Prize in Physics — Press Release (англ.). Nobel Media. Дата обращения: 4 октября 2011. Архивировано 30 августа 2012 года.
Həyat yolu Adam Riess 1969-cu ilin dekabrında Vaşinqtonda, yəhudi ailəsində anadan olub.Wedding: Nancy Schondorf And Adam Riess. Дата обращения: 30 сентября 2017. Архивировано 8 октября 2017 года.Wedding: Drs. Gail Michele Riess and Leonard Bruce Saltz. Дата обращения: 30 сентября 2017. Архивировано 8 октября 2017 года. Onun atası Maykl Riess (1931–2007), dəniz mühəndisi və dondurulmuş qida paylama şirkəti "Bistro International"ın sahibiydi.Obituary: Michael Riess. Дата обращения: 30 сентября 2017. Архивировано 8 октября 2017 года. Anası Doris Riess psixoloq idi.
Adam Riess Nyu Cersidə böyüyüb. 1992-ci ildə Massaçusets Texnologiya İnstitutunu bitirib. 1996-cı ildə Harvard Universitetində fəlsəfə doktoru dərəcəsi almışdır. 1999-cu ildə Kosmik Teleskop Elm İnstitutuna keçməzdən əvvəl A. Riess Berklidə Kaliforniya Universitetində Miller İnstitutunun Tədqiqat Proqramının əməkdaşı idi. A. Riess 1998-ci ildən kainatın genişlənmə sürətinin I. Tip Supernova izləmə yolu ilə elmi araşdırmalar aparan Brayan Şmidt ilə birlikdə işləməyə başladı. Onlar birlikdə kainatın genişlənmə sürətinin getdikcə artdığını kəşf etdilər və 2011-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülmüşlər.
2009-cu ildən A. Riess ABŞ Milli Elmlər Akademiyasının üzvüdür.National-Academies.org | Newsroom. Дата обращения: 24 июня 2020. Архивировано 29 июля 2020 года.
Mükafatları 2001-ci ildə — Harvard Universiteti Bok Mükafatı 2002-ci ildə — Helen Uerner Mükafatı 2006-cı ildə — S. Perlmutter və B. Şmidtlə birgə Astronomiya üzrə Şao Mükafatı 2008-ci ildə — Mak-Artur Grant mükafatı 2011-ci ildə — Albert Eynşteyn medalı 2011-ci ildə – S. Perlmutter və B. Şmidtlə birlikdə Fizika üzrə Nobel Mükafatı 2015-ci ildə — Fundamental Fizika Mükafatı
İstinadlar
Kateqoriya:Astrofiziklər Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ astronomları Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:Berkli Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:Cons Hopkins Universitetinin müəllimləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Yəhudi alimlər Kateqoriya:Amerikalılar Kateqoriya:Fəlsəfə doktorları