Burbon-Parmalı Elyas (; ) — titular Parma hersoqu və Burbon-Parma ailəsinin başçısı. Özündən yaşca böyük 2 qardaşının (Henri və Jozef) səltənətləri boyunca naib olaraq xidmət etdi.
1880-ci ildə Biarritsdə dünyaya gəldi. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə İki Siciliya kralı II Ferdinandın qızı Siciliyalı Mariya Piadır. Hələ 2 yaşında ikən anası doğuş əsnasında vəfat etdi və çox keçmədən atası yenidən evləndi. thumb|Şahzadə Elyas və xanımı Mariya Anna, 1903-cü il 25 may 1903-cü ildə Vyanada Avstriya hersoginyası Mariya Anna ilə evləndi. Cütlüyün bu nigahdan 8 övladı dünyaya gəlsə də, bunlardan yalnız biri evlənərək övlad sahibi oldu.
Elizabet (1904-1983), evlənmədən öldü. Karlo Luici (1905-1912) Mariya Françeska (1906-1994), evlənmədən öldü. II Robert, titular Parma hersoqu Françesko Alfonso (1913-1939), evlənmədən öldü. İohanna İzabella (1916-1949), evlənmədən öldü. Alis, Kalabriya hersoginyası Mariya Kristina (1925-2009), evlənmədən öldü.
Atasının 1907-ci ildə vəfatından sonra böyük qardaşı Henri sürgündəki ailənin başçısı oldu və ailə mülklərinə sahibləndi. Ancaq əqli zəifliyi vardı və bu səbəblə, ögey anası İnfanta Mariya Antoniya 4 ay sonra hersoqun ilk evliliyindən doğulan 6 övladın mirasdan və dövlət idarəsindən məhrum edildiyini elan etdi. Sırf bu səbəblə, Şahzadə Elyas yaşca böyük qardaşına naib olaraq xidmət etməyə başladı.
1910-cu ildə atasının ikinci evliliyindən doğulan bacı-qardaşlarıyla ata mirasının bölgüsü üzrə ortaq məxrəcə gəldi. Bu razılığa görə, ata mirasının yarısı Şahzadə Elyasa, digər yarısı isə ögey bacı-qardaşlarına qalacaqdı. Ögey qardaşları Xavier və Sikstus sonrakı illərdə bu razılığa qarşı çıxsalar da, açılan məhkəmə işləri nəticəsiz qaldı.
Qardaşı Henrinin 1939-cu ildə ölümünün ardından, əqli zəif olan digər qardaşı Jozef taxta çıxarıldı və Şahzadə Elyas naibliyinə davam etdi. Taxt sırası isə ona 1950-ci ildə çatdı. Hersoq Jozefin ölümüylə titular Parma hersoqu olan Elyas 1959-cu ildə Ştiriyada vəfat etdi.
Mənbə
Ədəbiyyat
İstinadlar