Xuan Karlos de Burbon (; ) — İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı.
1822-ci ildə Madriddə dünyaya gəldi. Atası İspaniya kralı IV Karlın oğlu İnfant Karl İsidro, anası isə Portuqaliya kralı VI Conun qızı İnfanta Mariya Fransiskadır. Gənclik illəri boyunca Portuqaliya və Böyük Britaniyada sürgün həyatı yaşadı. Yaşının az olması səbəbilə, Birinci və İkinci Karlist Müharibələrində iştirak edə bilmədi.
6 fevral 1847-ci ildə Modena hersoqu IV Fransiskin qızı Mariya Beatrisa ilə evləndi. Cütlüyün 2 övladı dünyaya gəldi.
Karlos de Burbon Alfonso Karlos de Burbon
Cütlük bir müddət Modenada yaşasa da, inqilabın ardından Londona qayıtdılar.
Hər iki qardaşı - Karlos Luiz və Fernando 1860-cı ildə II İzabellaya əsir düşdü və hər ikisi taxtdan imtina etmələriylə bağlı sənədə zorla imza atdılar. Və yalnız bundan sonra azadlığa buraxıldılar. 2 iyun 1860-cı ildə Xuan Karlos bu sənədi keçərli qəbul edərək böyük qardaşının səltənətinin bitdiyini və özünün yeni Karlist iddiasını elan etdi. Ancaq 15 iyunda qardaşları bu sənədə zorla imza atdıqlarını və keçərli olmadığını bəyan etdilər. Beləcə, Karlizm iddiasında ikibaşlılıq yarandı. Hər iki qardaşının da 1861-ci ilin yanvarında tifus epidemiyası səbəbilə vəfat etməsinin ardından Xuan Karlos Karlist iddiasının yeganə təmsilçisi oldu. Ancaq 3 oktyabr 1868-ci ildə Parisdə taxt hüququndan imtina etməsiylə bağlı sənəd imzaladı.
Mənbə
Ədəbiyyat
Юрий Владимирович Василенко, Карлизм между либерализмом и праворадикальным консерватизмом. Kазус Хуана III (1861–1868), [in:] Философия. Журнал Высшей школы экономики 5/2 (2021), pp. 191-209 Ignacio Miqueliz Valcarlos (ed.), Una mirada intima al dia a dia del pretendiente carlista, Pamplona 2017, ISBN 9788423534371
İstinadlar Kateqoriya:İspaniya infantları