Elmira Aslanova () — azərbaycanlı alpinist, Everest zirvəsinə qalxan ilk azərbaycanlı qadındır. O, həmçinin Kilimancaro, Ojos-del-Salado və Akonkaqua zirvələrinə Azərbaycan bayrağını sancan ilk qadın olmuşdur."Biz buludların üzərində idik" — Kaspiy qəzeti
Həyatı Elmira Aslanova 1982-ci il 3 iyun tarixində anadan olub. 1989-cu ildə ailəsi ilə birlikdə Ukraynanın Luqansk vilayətinin Karpovo-Krepenko kəndinə köçmüşdür. Bir il sonra ailəsi Sverdolvsk (indiki Doljansk) şəhərinə köçmüşdür.
2000–2005-ci illərdə Xarkov Milli V. N. Karazin Universitetində təhsil almış və ingilis, alman dilləri üzrə filoloq, tərcüməçi, həmçinin ingilis dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmişdir.
25 dekabr 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda idmanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Alpinist fəaliyyəti Elmira Aslanova alpinist fəaliyyətinə 2018-ci ildə Nepalda Torong-La (5416 m) aşırımından keçməklə trekking yürüşü ilə başlamışdır. Daha sonra Tibetə səfər edərək 5600 m hündürlükdə yerləşən Kailas dağının ətrafında koranı tamamlamışdır.
Əsas yüksəlişləri Kailas dağı, Dolma La aşırımı (Çin, 05.2018) — 5600 m Ağrı dağı (Türkiyə, 10.2020) — 5165 m Kazbek (Gürcüstan, 07.2021) — 5033 m Kilimancaro (Tanzaniya, 11.2021) — 5895 m San-Fransisko (Çili, 01.2023) — 6018 m Ojos-del-Salado (Çili, 01.2023) — 6893 m Akonkagua (Argentina, 02.2023) — 6960.8 m Everest (Çin–Nepal, 19.05.2023) — 8848.86 m Bazardüzü (Azərbaycan, 31.07.2023) — 4466 m Şahdağ (Azərbaycan, 17.09.2023) — 4243 m Vinson dağı (Antarktida, 12.2025) - 4892 metr
İrsi 8 avqust 2025-ci ildə – Dünya Alpinizm Günündə Elmira Aslanovanı Everest zirvəsinə aparan yoldan bəhs edən "Arzunun dalınca" sənədli filmi təqdim olunmuşdur. Film FICTS kinofestivalında Documentary – Individual Sport kateqoriyasında qalib olmuşdur.
İstinadlar
Kateqoriya:Azərbaycan alpinistləri Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Everesti fəth etmişlər