Koroğlu məbədi — Azərbaycan Respublikasının Qazax rayonunun Daş Salahlı kəndində, Avey dağıda, Qarabulaqdan 300–500 metr şimalda yerləşən IV–V əsrlərə aid mağara-məbəddir.
Məbəd IV–V əsrlərə aid olunur. Məbədin giriş hissəsi bir qədər düzbucaqlı formada olub, hündürlüyü təxminən 5 metrə yaxındır. İçərisi uzunsov formalıdır.
Tarixi və arxeoloji tapıntılar Çöküntü qatları arasında ilk orta əsrlərə aid xeyli keramika nümunələri aşkar edilmişdir. Bunlar əsasən yaxşı hazırlanmış və təmiz gil tərkibli saxsı parçalarından ibarətdir.
Sosial və tarixi əhəmiyyəti Koroğlu məbədi Çar Rusiyası dövründə yerli qaçaqların sığınacaq yeri kimi də fəaliyyət göstərmişdir. Əlverişli strateji sahədə qərarlaşması buranın hökumətdən narazı kəndli qaçaq nümayəndələrinin sığınacaq yeri kimi fəaliyyətinə şərait yaratmışdır.
İstinadlar
Kateqoriya:Qazax rayonunun mağaraları