Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirilmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Azərbaycan İpoteka Fondu" ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə "Azərbaycan İpoteka Fondu" ASC-nin və "Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

İKZF-in tarixində mühüm hadisələr 16 sentyabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun yaradılması 22 dekabr 2005-ci il – Azərbaycan İpoteka Fondunun Əsasnaməsinin təsdiq edilməsi 1 mart 2006-cı il – İlk ipoteka kreditlərinin verilməsinə başlanılması 31 mart 2006-cı il – ilk ipoteka kreditinin verilməsi 16 may 2006-cı il — İlk yenidən maliyyələşdirmə əməliyyatının aparılması 16 iyun 2006-cı il — Regionda İlk ipoteka kreditinin verilməsi 20 noyabr 2006-cı il — İKZF-in kotirovka dərəcəsi 2% səviyyəsində təyin olunması 7 fevral 2007-ci il — 100-cü ipoteka kreditinin verilməsi 20 aprel 2007-ci il — İlk güzəştli ipoteka kreditinin verilməsi 4 may 2007-ci il — 1000-ci ipoteka kreditinin verilməsi 29 iyun 2007-ci il — İKZF-in Naxçıvan filialının rəsmi açılışı.

Xarici keçidlər Rəsmi Saytı

Kateqoriya:Azərbaycan fondları