Gadus macrocephalus (Sakit okean treskası) — "Gadidae" fəsiləsinə aid olan şüaüzgəcli balıq növü.

Təsvir

Sakit okean treskasının üç ayrı bel üzgəci və aşağı çənəsində pişik balığına bənzər bığcıqlar var. Görünüşünə görə Atlantik treskasına bənzəyir. Dib sakinidir və əsasən qitə şelfi və yuxarı yamaclar boyunca, Sarı dənizdən Berinq boğazına, Aleut adaları boyunca və cənubdan Los-Ancelesə qədər olan ərazidə, 900 m (3,000 fut) dərinlikdə tapılır. Uzunluğu 1 m (40 düym) və çəkisi 15 kq (33 funt) qədər ola bilər. Böyük sürülərdə yaşayır.Gadus macrocephalus (Tilesius, 1810) FAO, Species Fact Sheet. Retrieved April 2012.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1810-cu ildə təsvir edilən balıqlar Kateqoriya:Rusiya balıqları Kateqoriya:Çin balıqları Kateqoriya:Yaponiya balıqları Kateqoriya:ABŞ balıqları Kateqoriya:Sənaye balığı