Azərbaycan kişi 16 yaşadək milli basketbol komandası — Azərbaycan Basketbol Federasiyası tərəfindən idarə olunan milli komandadır.Profile — Azerbaijan , FIBA.basketballAzerbaijan (U16-U17) , eurobasket.com Bu komanda ölkəni kişilər arasında 16 yaşadək beynəlxalq basketbol yarışlarında təmsil edir. Komanda əsasən FIBA-nın Avropa zonasında keçirilən turnirlərində iştirak edir.

Çempionluq iştirakları Azərbaycan 16 yaşadək komandası adətən FIBA Avropa Çempionatının C Divizionunda çıxış edir. Bu yarış aşağı reytinqli Avropa ölkələrinin komandaları üçün nəzərdə tutulur və buradakı uğurlar növbəti illərdə B Divizionuna vəsiqə qazanmağa imkan verir. Komanda 2016 və 2023-cü illərdə C Divizionunda finala vəsiqə qazanıb. 2016-cı ildə finalda Kipr komandasına 62-50 hesabı ilə məğlub olaraq ikinci yeri tutub. 2023-cü ildə Azərbaycan komandası yenə finalda Kipr komandası ilə qarşılaşıb. Kosovoda keçirilmiş oyunda yenə Kipr komandası qalib gəlib. Bu dəfə hesab 78-75 olub və beləliklə, Azərbaycan millisi yenə ikinci yeri tutub.

2016 FIBA U16 Avropa Çempionatı C divizionu – 2-ci yer 2017 FIBA U16 Avropa Çempionatı C divizionu – 3-cü yer 2018 FIBA U16 Avropa Çempionatı C divizionu – 6-cı yer 2023 FIBA U16 Avropa Çempionatı C divizionu – 2-ci yer 2024 FIBA U16 Avropa Basketbol Çempionatı C divizionubasketbol çempionatı-2024-diviziya-c 2024 FIBA U16 avropa basketbol çempionatı C divizionu – 4-cü yer

İstinadlar

Xarici keçidlər Archived records Azərbaycan komandasının iştirakları

Kateqoriya:2016-cı ildə Azərbaycanda yarananlar