Ülvi Sadıxov (1988) — azərbaycanlı şahmatçı, beynəlxalq qrossmeyster (GM). 2019-cu ildə Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən qrossmeyster tituluna layiq görülmüşdür.
Karyerası Ülvi Sadıxov müxtəlif beynəlxalq turnirlərdə Azərbaycanı təmsil etmişdir. 2019-cu ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən 49-cu beynəlxalq şahmat turnirində xorvatiyalı Ante Brkiclə heç-heçə edən təmsilçimizin hesabında 5,5 xal olub və turnir cədvəlinin ön sıralarında qərarlaşmışdır.
2019-cu ilin sentyabr ayında Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Avropa Fərdi Çempionatında Azərbaycanı təmsil edən yeddi şahmatçıdan biri olmuşdur. Bu turnir Dünya Kubokuna seçim xarakteri daşıyırdı.
2022-ci ilin oktyabrında Rumıniyada keçirilən Qran-Pri turnirində 6,5 xal toplayaraq dördüncü yeri tutmuşdur. 2023-cü ildə Bakıda təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat festivalında iştirak etmişdir.
Reytinq və göstəricilər FIDE ID: 13401416 Standart reytinq: 2488 Rapid reytinq: 2458 Blitz reytinq: 2384 Azərbaycan üzrə sıralama: 16-cı yer Avropa üzrə sıralama: 432-ci yer
Onlayn fəaliyyət Sadıqov Chess.com platformasında "Sadikhov_Ulvi" istifadəçi adı ilə qeydiyyatdan keçmişdir. O, burada onlayn şahmat dərsləri verir və hal-hazırda Türkiyənin Antalya şəhərində yaşayır.
Həmçinin bax
Azərbaycan şahmatçılarının siyahısı
İstinadlar
Xarici keçidlər FIDE Profili Chess.com Profili
Kateqoriya:Azərbaycan şahmatçıları