thumb|Böyümə hormonu Laron sindromu (laron cırtdanlığı; hipofiz cırtdanlığı; böyümə hormonu reseptor defekti kimi adları ilə də tanınır) otosomal resessiv tipli irsi xəstəlikdir. Böyümə hormonu reseptor genində (GH) anadangəlmə qüsur nəticəsində yaranan, periferal toxumaların böyümə hormonunun təsirinə səbəb olan nadir bir cırtdanlıq növüdür. Afrika piqmeylərində IGF-1-ə qarşı müqavimət müəyyən edilmişdir.

Tarixi Böyümə hormonunun təsirinə cavab reaksiyasının olmaması ilk dəfə 1958-ci ildən etibarən toplanmış müşahidələr əsasında 1966-cı ildə israilli alim Zvi Laron və bir sıra digər həmfikirləri tərəfindən təsvir edilmişdir. Bu dövrdən sonra qan plazmasında böyümə hormonunun az ifrazı səbəbindən, böyümə proseslərinin ciddi şəkildə pozulması ilə xarakterizə olunan STH-nin təsirinə qarşı həssaslıq Laron sindromu adlanır.

Laron sindromu diaqnozu qoyulan ilk üç xəstə Yəmən əsilli İsrail ailəsinin üzvləri olmuşdurlar. Sonrakı iki il ərzində Yaxın Şərq əsilli yəhudilər arasında bu xəstəlikdən əziyyət çəkən daha 19 xəstə aşkarlanmışdır. Laron sindromu, əsasən, Yaxın Şərqdə, Aralıq dənizinində (demək olar ki, yarısı Sefarad və Yaxın Şərq yəhudiləridir) və Hindistanda yayılmışdır.

Etiologiyası və patogenezi thumb|right|Laron cırtdanlığının autosomal resessiv şəkildə ötürülməsi. Laron sindromu qaraciyər hüceyrələrində yerləşən böyümə hormonu reseptorunun genindəki qüsurlardan qaynaqlanır.Sidhom, S., Schneider, A., Fang, Y., McFadden, S., Darcy, J., Sathiaseelan, R., … & Stout, M. B. (2021). 17α-Estradiol modulates IGF1 and hepatic gene expression in a sex-specific manner. The Journals of Gerontology: Series A, 76(5), 778–785. Bu zaman qan plazmasında böyümə hormonunun səviyyəsi yüksəlsə də, onun lazimi hüceyrələrə təsiri kəskin şəkildə zəifləyir.

Sağlam bir insanda böyümə hormonu, əsasən, toxuma böyüməsini stimullaşdıran insulinə bənzər böyümə faktorunun (IGF) ifrazını stimullaşdırır. Cırtdanlarda IGF səviyyəsi azalır, bu da Laron sindromlu insanların xərçəngə tutulmamasının səbəbi kimi görünür.Strong, R., Miller, R. A., Antebi, A., Astle, C. M., Bogue, M., Denzel, M. S., … & Harrison, D. E. (2016). Longer lifespan in male mice treated with a weakly estrogenic agonist, an antioxidant, an α‐glucosidase inhibitor or a Nrf2‐inducer. Aging cell, 15(5), 872–884. Garratt, M., Lagerborg, K. A., Tsai, Y. M., Galecki, A., Jain, M., & Miller, R. A. (2018). Male lifespan extension with 17‐α estradiol is linked to a sex‐specific metabolomic response modulated by gonadal hormones in mice. Aging Cell, 17(4), e12786. Sidhom, S., Schneider, A., Fang, Y., McFadden, S., Darcy, J., Sathiaseelan, R., … & Stout, M. B. (2021). 17α-Estradiol modulates IGF1 and hepatic gene expression in a sex-specific manner. The Journals of Gerontology: Series A, 76(5), 778–785. Təcrübələr göstərir ki, tez-tez şiş inkişafına səbəb olan hüceyrələrdə DNT qırılmaları cırtdanlarda daha az baş verir və ən əsası belə hüceyrələr apoptoza (özünü məhv etməyə) məruz qalırlar.Auger R., Whishant J. P. Hemifacial spasm in Rochester and Olmsted Country, Minnesota, 1960 to 1984// Arch. Neurol.— 1990.-Vol. 47.— P. 1233–1234..Nilsen B., Le K-D., Dietrichs E. Prevalence of hemifacial spasm in Oslo, Norway// Neurology— 2004.— Vol. 63.— P. 1532–1533. IGF cırtdanların qanına əlavə edildikdə, onun tərkibindəki hüceyrələr apoptoza daha az həssas olurlar.

Laron sindromlu insanlarda şəkərli diabet xəstəliyinə rast gəlinmir.Tash R. R., Kier E. I., Chyatte D. Hemifacial spasm caused by tortuous vertebral artery: MR demonstration// J. Comp. Tomogr.— 1988.— Vol.12.— P. 492–494.,Uchino M., Nomoto J., Ohtsuka T., Kuramitsu T. Fusiform aneurysm of the vertebral artery presenting with hemifacial spasm treated by microvascular decompression//Acta Neurochir (Wien).— 2005. -Vol. 147.— P. 901–903.,Shulev Y., Gordienko K., Trashin A.: Secondary Trigeminal Neuralgia in Cerebellopontine Angle Tumors// Skull Base— An Interdisciplinary Approach.— Thieme, New York.— 2011. Issue 05, Volume 21, p. 287–295 https://www.thieme-connect.com/ejournals/abstract/sbs/doi/10.1055/s-0031-1284218Bunun səbəbi isə elmə tam aydın deyildir.

Bu sindromlu kişilərin orta boyu təxminən 130 sm, qadınların boyu isə 120 sm olur.

Klinik təsviri Bu sindromlu insanlar normal və yaxud da nisbətən qısa bədən uzunluğu ilə doğulurlar. Onlarda çəki çatışmazlığına rast gəlinmir. Yaş artdıqca boy uzanmasında geriləmə dərəcəsi artır. Bədən çəkisində artma müşahidə edilir. Kuklaya bənzəyən üz, qısa boy, cüzi piylənmə və yüksək səs tonu kupidon obrazını yaradır. Cinsi inkişafda ləngimə, sonra spontan artma müşahidə edilir. İntelektual səviyyə qaydasında olur. Skeletin ossifikasiyasına və dişlərin gec çıxmasına rast gəlinir. Böyümənin proporsional geriliyi, "kuklaya bənzər" üz, hipersomatotropinemiya, STH-yə qarşı müqavimət kimi simptomlar özünü aydın göstərir. Yüksək STH səviyyələri ilə somatomedinlərin aşağı konsentrasiyası arasında dissosiasiya xarakterikdir. Bu xəstəlik zamanı böyümə hormonunun tətbiqi böyümənin stimullaşdırılmasına səbəb olmur.

Diaqnostikası Adətən, böyümə sürətində əhəmiyyətli bir yavaşlama və STQ (somatotrop hormon), İFR-1 (insulinəbənzər böyümə faktoru-1) və İFR- 3 zülallarının səviyyələrinin azalması müşahidə olunur.

Laboratoriya şəraitində keçirilən testlərdə isə qanda STQ-nin səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı müəyyən edilir.

Müalicəsi Böyümə hormonu preparatları ilə aparılan müalicə effektsiz olur. IGF 1 vasitəsilə aparılan müalicələr daha yaxşı nəticə verir.

Populyar mədəniyyətə yansıması Natalia Kadirovanın çəkilmiş olduğu sənədli film Тропик Анти-Рака Freefall Michael Mosleyin BBC sənədli filmi Есть, голодать, жить дольше "Qaranlıq uşağı" bədii filmi "Dizə qədər" serialının 1-ci mövsümünün 9-cu bölümündə də xəstəlikdən bəhs edilib.

İstinadlar

Kateqoriya:Endokrinologiya Kateqoriya:Əlifba sırasına görə xəstəliklər Kateqoriya:İrsi xəstəliklər Kateqoriya:Nadir sindromlar Kateqoriya:Autosomal resessiv xəstəliklər