Qıcıqlanmış bağırsaq sindromu və ya QBS — bağırsaq və beyin arasındakı əlaqənin xroniki pozulması nəticəsində əmələ gələn və geniş yayılmış xəstəlik. Klinik praktikada QBS-nin simptomlarına tez-tez baş veren qarın ağrısı və bağırsaq hərəkəti pozğunluqları aid edilir.

"Qıcıqlanmış bağırsaq sindromu" termini bağırsaq hərəkətlərinin dəyişməsi nəticəsində, xroniki qarın ağrısı olan xəstələrin anekdotik, simptomatik məlumatlarından yaranmışdır.

Tarixi Osler və Hurst 1892-ci ildə selikli qişanın (mukorreya), hüceyrə detritusunun və bağırsaq qumunun ifrazı nəticəsində əmələ gələn selikli koliti təsvir etdilər.Рогозов Л. И. Операция на себе // Бюллетень советской антарктической экспедиции. Москва, 1962. Вып. 37. Стр. 42–44. Bu xəstələrin çoxunda isterik, hipokondriakal və ya depressiv formada olan qarın kolikinə rast gəlinirdi. "Spastik kolon" və ya "qıcıqlanan kolon" termini 1928-ci ildə Rule və 1929-cu ildə Jordan və Kiefer tərəfindən defekasiyanı təsvir etmək üçün istifadə edilmişdir. Sonrakı dövrlərdə isə tibb ədəbiyyatında müxtəlif terminlər (funksional ishal, sinir diareyası, vegetativ nevroz, kolon disnerjisi, kolon spazmları, spastik kolon, enterospazm, selikli kolit, selikli qişalı kolit, irritabl bağırsaq sindromu) istifadə olunmuşdur. Çaudharu və Trulav bu xəstəliyin 2 fərqli kliniki alt tipini təsvir etmişlər. Bunlardan birincisi qarın ağrısı, qəbizlik və ya diareya ilə, digəri isə ağrısız ishal ilə müşayiət olunmuşdur.Официальный сайт Всемирной организации гастроэнтерологов

QBS-nin diaqnostikası və müalicəsi məsələlərinə önəm verən Ümumdünya Qastroenterologiya Təşkilatı 2009-cu ili "Qıcıqlanmış bağırsaq sindromu ili" elan etmişdir.

Risk faktorları Tədqiqatçıların fikrincə, qadınlar arasında bu xəstəlik daha geniş yayılmışdır. Daimi narahatlıq, depressiya və qastroenterit də risk faktorları arasındadır.Sulaimi F. et al. Risk factors for developing irritable bowel syndrome: systematic umbrella review of reviews //BMC Medicine. – 2025. – Т. 23. – С. 103.

Patofiziologiya Genetika və epigenetik dəyişikliklər, infeksiya və mənfi həyati hadisələr insanda İBS-nin inkişafına səbəb ola bilər. Xroniki stress, psixoloji simptomlar, xəstəliklər haqqında mənfi inanclar və xəstəliklərlə mübarizə aparmamaq simptomların tezliyini və şiddətini artırır. QBS zamanı xəstələrdə müalicə ilə birlikdə psixoloji dəstəkdə aparılmalıdır. QBS bağırsaq və beyin arasında (bağırsaq-beyin oxu vasitəsilə) iki istiqamətli əlaqənin pozulmasıdır və biopsixososial etiologiyaya malikdir.

Diaqnostika

Roma kriteriyaları Bağırsaq-beyin interfeysinin pozğunluqları sahəsində çoxmillətli ekspertlər qrupunun konsensusu ilə hazırlanmış IV Roma meyarları həm klinik, həm də tədqiqat şəraitində diaqnostika üçün istifadə edilir.

Tədqiqatçılar son 3 ay ərzində həftədə orta hesabla ən azı 1 gün təkrarlanan qarın ağrısının aşağıdakı kriteriyalardan ikisi və ya daha çoxu ilə əlaqəli olduğunu müəyyən etmişlər. Bu kriteriyalar aşağıdakılardır:

Defekasiya ilə əlaqəli Nəcis ifrazındakı dəyişikliklərlə əlaqəli Nəcisin formasının (görünüşünün) dəyişməsi ilə əlaqəli

Bu simptomlar xəstədə son 3 ay ərzində müşahidə olunmalı və ən azı 6 ay davam etməlidir.

Laboratoriya tədqiqatları Klinik qan testi, C-reaktiv protein üçün qan testi. Çölyak xəstəliyini istisna etmək üçün ishal və xəstəliyin qarışıq variantları olan xəstələrdə qanda toxuma transqlutaminazına (AT-dan tTG) IgA-ya və ya IgA-nın selektiv immun çatışmazlığı halında IgG-yə qarşı antikorların miqdarının təyini. İltihabi bağırsaq xəstəliklərini istisna etmək üçün ishal və xəstəliyin qarışıq variantları olan xəstələrdə nəcisli kalprotektin səviyyələrinin öyrənilməsi.

Instrumental tədqiqatlar Digər orqan xəstəliklərini istisna etmək üçün kolonoskopiyanın aparılması.

Müalicəsi

Qeyri-dərman müalicəsi

Qıcıqlanmış bağırsaq sindromu olan xəstənin pəhrizi və qidalanması Fermentasiya edilə bilən oliqosakaridlərin, disaxaridlərin, monosaxaridlərin və poliolların (FODMAP) qida rasionundan xaric edilməsi İBS xəstələri üçün geniş yayılmış müalicə üsuludur. FODMAP-lar mədə-bağırsaq traktında su sekresiyasının və kolon fermentasiyasının artmasına səbəb olur. Bu isə öz növbəsində İBS xəstələrində yağ turşuları və qazların əmələ gəlməsi ilə nəticələnən luminal distansiyaya səbəb olur.

İspaghula psullium kimi həll olunan liflər ümumi simptomların və qarın ağrısının müalicəsində effektiv bir vasitə hesab edilir. Həll olunmayan liflərdən (məsələn, buğda kəpəyindən) isə qaçınmaq lazımdır. Belə liflər simptomları daha da ağırlaşdırırlar.

Psixoloji terapiya Koqnitiv davranış terapiyası Hipnoterapiya

Dərman müalicəsi Ağrıları azaltmaq üçün antispazmodiklər. İshalın aradan qaldırılması üçün loperamid. Diareyanı aradan qaldırmaq üçün rifaximin. Qarın ağrısını aradan qaldırmaq və nəcisin tezliyini və konsistensiyasını normallaşdırmaq üçün probiyotiklər. Nəcisin konsistensiyasını, ümumi simptomları və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün enterosorbentlər. Qəbizliyi müalicə etmək üçün bağırsaq həcmini artıran laksatiflər. Qəbizliyin müalicəsi üçün ozmotik laksatiflər. Qəbizliyin müalicəsi üçün laksatiflər. Ümumi İBS simptomlarını müalicə etmək üçün nanə yağı. Qarın ağrısını azaltmaq üçün antidepresanlar. Qarın ağrısını azaltmaq üçün neyroleptiklər. İshalın aradan qaldırılması üçün eluxadoline. Digər dərmanlar: tenapanor.

İstinadlar

Kateqoriya:Səbəbi bilinməyən xəstəliklər Kateqoriya:İnsan xəstəlikləri və pozuntuları Kateqoriya:Xəstəliklər və pozuntular Kateqoriya:Nəcis testi ilə diaqnoz qoyulan şərtlər Kateqoriya:Həzm xəstəlikləri Kateqoriya:Mədə-bağırsaq traktına təsir edən sindromlar Kateqoriya:Bağırsaq xəstəlikləri