Domino nəzəriyyəsi və ya domino effekti— hər hansı bir dəyişikliyin dominoların ard-arda düzüldükdə bir-birinin ardınca yıxılması kimi bir sıra digər dəyişikliklərə səbəb olacağına dair siyasi nəzəriyyə. right|thumb|350x350px| Cənub-Şərqi Asiya ölkələrində "domino effekti"nin təsviri
Tarixi Termin Soyuq müharibə dövründə Qərb siyasətçiləri tərəfindən istifadə edilib və o deməkdir ki, bir regionda bir dövlət sosialistləşən kimi digərləri də ondan nümunə götürəcək. Yaxud əksinə, bir ölkədə hakim rejimin süqutu istər-istəməz digər ölkələrdə də analoji rejimlərin süqutuna səbəb olacaq.President Eisenhower’s News Conference, April 7, 1954: Finally, you have broader considerations that might follow what you would call the 'falling domino' principle. You have a row of dominoes set up, you knock over the first one, and what will happen to the last one is the certainty that it will go over very quickly. So you could have a beginning of a disintegration that would have the most profound influences.
Xüsusilə, “domino effekti”ni nəzərə alan ABŞ rəhbərliyi Vyetnam müharibəsinə müdaxilə etmək qərarına gəlmişdi. ABŞ Cənub-Şərqi Asiyada hərbi əməliyyatlarını dayandırdıqdan sonra 1975-ci ildə Cənubi Vyetnam, Kamboca və Laosda demək olar ki, eyni vaxtda kommunistlər hakimiyyətə gəldilər. 1980-ci illərdə eyni nəzəriyyədən Reyqan administrasiyası Latın Amerikası ölkələrindəki əməliyyatlarında istifadə edirdi.
Konsepsiya ilk dəfə ABŞ dövlət katibi Con Foster Dalles tərəfindən hazırlanmışdır.
İstinadlar
Kateqoriya:Kambocada vətəndaş müharibəsi Kateqoriya:Vyetnam müharibəsi Kateqoriya:Domino Kateqoriya:Soyuq müharibə Kateqoriya:Asiya tarixi Kateqoriya:Siyasət Kateqoriya:Antikommunizm Kateqoriya:Soyuq müharibə terminləri Kateqoriya:İnqilab terminologiyası Kateqoriya:ABŞ-nin xarici əlaqələri tarixi