Qutbuddin Əbül-Hüseyn Səid ibn Abdullah ər-Ravəndi (; ) — "Qütb ər-Ravəndi" kimi tanınan hicri VI əsr şiə mühəddis, təfsir alimi, ilahiyyatçı, fəqih, filosof və tarixçi idi. O, həm də "Məcmul-Bəyan" təfsirinin müəllifi Fəzl ibn Həsən Təbərsinin tələbəsi idi. O, çoxlu kitablar yazmışdır ki, onlardan ən məşhuru "əl-Xəraic vəl-Cəraih" kitabıdır. İbn Şəhr Aşub əl-Mazandarani və Müntəcəbəddin ər-Razi onun ən görkəmli tələbələrindən sayılırlar. O, hicri 573-cü ildə Şəvval ayının on dördüncü günü vəfat etmiş və Qumda dəfn edilmişdir.

Həyatı Onun doğum tarixi məlum deyil, lakin onun İranın Kaşan şəhəri yaxınlığındakı Ravənd kəndində anadan olduğu qeyd edilir.Seyid Muhsin Əmin, Əyanuş-şiə, c.7, səh.239

Uşaqları "Əyan əş-Şiə" kitabının müəllifi Şeyx Qutbuddin Ravəndinin övladlarının adını qeyd etmişdir:Seyid Muhsin Əmin, Əyanuş-şiə, c.7, səh.240

Əli ibn Səid Məhəmməd ibn Səid, "Elmin tələsikliyi" kitabının müəllifi. Hüseyn ibn Səid

Əsərləri "Əl-Xəraic vəl-Cəraih" müəllifin ən tanınmış kitabıdır. Əsərdə Peyğəmbər və Əhlibeytinin möcüzələrindən və onların həyatından bəhs edir. Qutbuddin Ravəndi əsərdə Xürrəmilər hərəkatı, Möcüzə-Sehr, Quran haqqında bir çox bəhslərə toxunmuşdur.

Uyunil-mucizat Təfsirul-Quran Əlamətun-nəbi vəl-əimmə Fiqhul-Quran Kitabud-Dəvət Qisasul-Ənbiya

İstinadlar

Kateqoriya:Fars şairlər Kateqoriya:Qumda vəfat edənlər