Ceymi de Burbon (; ) — İspaniya taxt-tacının Karlist, Fransa taxt-tacının isə Legitimist iddiaçısı.

Həyatı 1870-ci ildə İsveçrənin Veve şəhərində dünyaya gəldi. Atası Karlist taxt iddiaçısı İnfant Karlos de Burbon, anası isə Parma və Piaçensa hersoqu III Karlın qızı Marqaritadır. Hələ 15 yaşında ikən ilk dəfə XII Alfonsonun qızı Mariya de las Mersedeslə evlənməsi müzakirə edilsə də, bu təklif qəbul edilmədi. Sonrakı illərdə Avropanın müxtəlif monarx ailələrindən namizədlər olsa da, bu və ya başqa səbəblərdən evlilik planları baş tutmadı.

50 yaşının tamam olduğu 1920-ci ildə bacısı Beatrisanın 19 yaşlı qızı Fabiola Massimo ilə evlənmək istəsə də, Vatikandan gələn rədd cavabı ilə bu evlilik planı da uğursuzluqla nəticələndi. Beləcə, varis olaraq əmisi İnfant Alfonso de Burbon seçildi.

Qalereya

Mənbə

Ədəbiyyat

Alcalá, César, Jaime de Borbón. El último rey romántico, Madrid 2011, "Don Jaime is Dead: Carlist Pretender". The New York Times (3 October 1931): 11. "The Duke of Madrid, Soldier and Traveller". The Times (5 October 1931): 19. Елец, Юлий Лукьянович, История Лейб-Гвардии Гродненского Гусарского полка, New York 2015, Andrés Martín, Juan Ramón de, El cisma mellista: historia de una ambición política. Madrid: Actas Editorial, 2000, Melgar del Rey, Francisco Melgar de, Don Jaime, el príncipe caballero. Madrid: Espasa-Calpe, 1932. Melgar del Rey, Francisco Melgar de, El noble final de la escisión dinástica. Madrid: Consejo Privado de S.A.R. el Conde de Barcelona, 1964.

İstinadlar