Bahama sarıköynəyi (Icterus northropi) — Baham adalarına endemik olan quş növü. "IUCN" "Qırmızı Siyahısı" tərəfindən "təhlükə altında" olan növ kimi qeyd olunub.

Taksonomiya Bu növ ilk dəfə 1890-cı ildə Coel Azaf Allen tərəfindən ayrı bir növ kimi təsnif edilmişdir. Daha sonra ornitoloq Ceyms Bond özünün "Qərbi Hindistan Quşları" kitabında bu növü Kuba sarıköynəyi (Icterus melanopsis), "Hispaniola sarıköynəyi" (Icterus dominicensis) və Puerto Riko sarıköynəyi (Icterus portoricensis) ilə birləşdirdi. 2010-cu ilə qədər bu dörd növ yenidən ayrı-ayrı növlər kimi tanınmadı. 2010-cu ildə DNT, lələk və mahnı fərqləri əsasında bu növlər yenidən ayrı növlər kimi təsnif edildi.Chesser, R. T., R. C. Banks, F. K. Barker, C. Cicero, J. L. Dunn, A. W. Kratter, I. J. Lovette, P. C. Rasmussen, J. V. Remsen, Jr, J. D. Rising, D. F. Stotz, and K. Winker. 2010. Fifty-first supplement to the American Ornithologists’ Union Check-list of North American Birds. Auk 127(3):726-744. Uzun müddət ayrı bir növ kimi tanınmadığı üçün, Bahama sarıköynəyinin çoxalma mövsümü xaricindəki yaşayış yerləri məlum deyil və dəqiq populyasiya sayı təxminləri qeyri-müəyyəndir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Icterus Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Şimali Amerika quşları Kateqoriya:1890-cı ildə təsvir edilən quşlar