ABŞ Maliyyə Nazirliyi və ya ABŞ Xəzinədarlıq Departamenti () — Nazirlik ABŞ federal hökumətinin xəzinədarlıq və ölkənin maliyyə siyasətinə cavabdeh olan departamenti olub, federal hökumətin gəlir sistemini, vergitutma siyasətini, büdcə və borc idarəsini həyata keçirir. Departmentə Nazirlər Kabinetinin bir üzvü olan maliyyə naziri rəhbərlik edir.
Tarixi
ABŞ Maliyyə Nazirliyi 2 sentyabr 1789-cu ildə qəbul edilmiş olan Konqres Aktı () ilə dövlətin gəlirlərini idarə etmək məqsədilə yaradılmışdır. Ondan əvvəl (1781–1784) Kontinental Konqresin maliyyə məsələlərinə Robert Morris nəzarət edirdi (“maliyyə superintendantı”), sonra isə (1784–1789) bu iş üç komissardan ibarət şura tərəfindən həyata keçirilirmişdir.U.S. Treasury — Office of the Curator Nazirliyin yaradılması ölkənin ilk illərində sabit maliyyə sisteminə ehtiyac duyulması ilə əlaqədar olmuşdur. Nazirliyin ilk rəhbəri məşhur dövlət xadimi və maliyyəçi Aleksandr Hamilton olmuşdur.
Əsas funksiyaları
ABŞ Maliyyə Nazirliyi aşağıdakı əsas funksiyaları yerinə yetirir:US Treasury website Organization
Federal hökumətin gəlir və xərclərini idarə etmək; İqtisadi və maliyyə siyasətini formalaşdırmaq və həyata keçirmək; ABŞ dollarını çap və emissiya etmək (bununla ABŞ Çap Bürosu və Pul Zərbxanası məşğuldur); Vergi yığımı və vergidən yayınma ilə mübarizə (Daxili Gəlirlər Xidməti – IRS vasitəsilə); Beynəlxalq maliyyə siyasətinin idarə edilməsi və maliyyə institutları ilə əməkdaşlıq; İqtisadi sanksiyaların tətbiqi (Xarici Aktivlərə Nəzarət Ofisi – OFAC vasitəsilə); Pul yuyulmasına və maliyyə cinayətlərinə qarşı mübarizə. ABŞ-ın iqtisadi və pul-kredit siyasətini işləyib hazırlamaq və icra etmək; İxrac-idxal tənzimləməsini həyata keçirmək; Bank və maliyyə təşkilatlarının fəaliyyəti üzərinə nəzarət; Nağd pul kütləsinin (banknot) buraxılması və metal pulun dövriyyəyə çıxarılması; Dövlət borcunun idarə edilməsi; Dövlət xərclərinin maliyyələşdirilməsi (vergilər və ABŞ dolları istiqrazlarının buraxılması vasitəsilə); Federal maliyyə və vergi qanunvericiliyinin təmin edilməsi; Dövlət maliyyə hesabatlarının hazırlanması və nəşri; İnzibati–büdcə məsləhət xidmətləri göstərmək (Prezident Administrasiyasına və Konqresə).
Struktur
thumb|300px|ABŞ Maliyyə Nazirliyinin Təşkilati Strukturu
Nazirliyin rəhbəri Maliyyə naziri () adlanır və bu şəxs prezident tərəfindən təyin olunur. Nazirliyə həmçinin bir neçə köməkçi nazir və müxtəlif departamentlər daxildir.
Əsas təşkilatları
Əsas təşkilatları aşağıdakılardır:
Daxili Gəlirlər Xidməti (IRS) Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsi (FinCEN) ABŞ Çap Bürosu ABŞ Pul Zərbxanası
Baş qərargah
Kolumbiya dairəsinin Vaşinqton şəhərində (Washington, D.C.) yerləşir. Nazirliyin binası ABŞ-nin tarixi və memarlıq baxımından əhəmiyyətli hökumət binalarından biri hesab olunur.
Rəhbərlik
Hal-hazırkı maliyyə naziri – Skott Bessent (Scott Bessent), 28 yanvar 2025-ci ildən fəaliyyətə başlamışdır. Bu vəzifəyə təyinat Prezident tərəfindən irəli sürülür və Senat tərəfindən təsdiqlənir. Bu vəzifəni tutmuş birinci nazir isə 11 sentyabr 1789-cu ildə bu vəzifəyə təyin olunmuş Aleksandr Hamilton olmuşdur. O, bu vəzifəyə Robert Morrisin tövsiyyəsi ilə təyin edilərək ABŞ-ın ilkin maliyyə sisteminin əsasını qoymuşdur. 2021-ci ildə ABŞ Maliyyə naziri vəzifəsinə təyin edilmiş Cennet Yellen () ABŞ tarixində bu vəzifəyə təyin olunan ilk qadın hesab olunur.
İstinadlar
Xarici keçidlər
Department of the Treasury on USAspending.gov Department of the Treasury in the Federal Register Map of Major Foreign Holders Of Treasury Securities 2009 Annual Reports of the Secretary of the Treasury on the State of Finances – These annual reports also contain the reports of the many departments of the Treasury, including the Bureau of the Mint, Bureau of Engraving and Printing, Bureau of Customs, Office of the Comptroller of the Currency, Secret Service, and the Internal Revenue Service.
Act to establish the Treasury Department. 1st Congress, 1st Session, Ch. 12, 1 Stat. 65
Kateqoriya:ABŞ Maliyyə Nazirliyi