Əbu Umarə Həmzə ibn Həbib ibn Umarə əz-Zəyyat ət-Teymi əl-Kufi (; ) — yeddi qaridən biri. Rəmzi ərəb əlifbasındakı "ف" hərfidir.

Bioqrafiyası Özünün dediyinə görə hicri 80-ci (699) ildə anadan olub. Fars əsillidir. İkrimə ibn Ribi nəslinin mövlasıdır.

Ticarətlə məşğul olmuş, yağ satdığı üçün "Zəyyat" ləqəbi ilə çağrılmışdır.

Hicri 156-cı (773) ildə vəfat edib. Onun hicri 154-cü (771) və ya 158-ci (775) ildə öldüyü də deyilib.

Hədis və Qiraət elmlərindəki yeri Həmzə ibn Həbib, qiraət elmini Humran ibn Əyan və Məhəmməd ibn Əbdürrəhman ibn Əbu Leyladan (İbn Əbu Leylanın oğlu) öyrənmiş, özünün dediyinə görə Əbu Leylaya Quranı dört dəfə oxumuşdur. Həmçinin Əməş, Əbu İshaq əs-Səbii, Təlhə ibn Musərrif və Cəfər əs-Sadiq kimi alimlərdən də faydalanmışdır. Çarlz Pellat, Həmzənin müəllimlərindən bəhs edərkən Asim ibn Bəhdələnin adını da çəkir. Lakin mənbələrdə bu haqda heç bir məlumata rast gəlinmir, ancaq müəllimlərin Əbu İshaq əs-Səbiinin dərs aldığı şəxslər arasında Asim ibn Dəmrə adlı bir şəxsdən bəhs edilmişdir.

Ondan Quran və qiraət sahəsində bir çox tələbə faydalanmışdır. Süleym ibn İsa əl-Hənəfi, Əiz ibn Əbu Əiz, Şueyb ibn Hərb, Abdullah ibn Saleh əl-İcli və əl-Kisai bunlardan bəziləridir. Süleym ibn İsa əl-Hənəfinin onun tələbələri arasında xüsusi bir yeri olmuşdır. Çünki Həmzədən qiraət öyrənmiş bəzi yoldaşları qiraətdəki üstünlüyündən ötrü ondan da qiraət öyrənmişdilər. O eyni zamanda Həmzə qiraətinin rəvayətçiləri olan Xələf ibn Hişam ilə Xəllad ibn Xalidin də müəllimidir.

Həmzə ibn Həbib hədis elmi ilə də məşğul olmuşdur. O, Ədi ibn Sabit, Əmr ibn Mürrə, Həkəm ibn Uteybə, Həbib ibn Əbu Sabit və Təlhə ibn Musərrifdən hədis rəvayət etmişdir. Həmzə ibn Həbibdən də Süfyan əs-Səvri, Cərir ibn Əbdülhəmid, Şərik ibn Abdullah ən-Nəxai, Məhəmməd ibn Fudeyl və digər tanınmış mühəddislər hədis rəvayət ediblər.

Qiraətinin xüsusiyyətləri Həmzənin qiraətinin bəzi xüsusiyyətləri bunlardır:

sözlərindəki zamirlərin "hə"ləri () dammə ilə oxunur. kimi sözlərdə — bunlardan sonra sakin (hərəkəsiz) bir hərf olmadıqda imalə edilir. Sakin (hərəkəsiz) bir hərfdən sonra həmzə () gəldikdə vəqf edilməmək şərti ilə həmzədən əvvəl səktə edilir: kəliməsinin olduğu hər yərdə (Xələfin rəvayətində) işmam ilə oxunur (buradakı işmam, sad () hərfinin istilə sifəti saxlanmaq şərti ilə "zə"yə () qarışdırılaraq oxunmasıdır).

Həmçinin bax

On qiraət

İstinadlar Kateqoriya:772-ci ildə vəfat edənlər

Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Quran qariləri