Yeule (stilizə edilmiş formada "yeule"; ) — Sinqapurlu bəstəkar və prodüser Nat Çmielin musiqi layihəsi. 2012-ci ildə təsis edilən bu layihə ambient, qlitç və Asiya post-pop elementlərinin sintezini təqdim edir. Layihənin adı "Final Fantasy" videoooyun seriyasının personajı olan Paddra Nsu-Yeul obrazından əxz edilmişdir.
Həyatı Nat Çmiel Sinqapurda doğulmuşdur. O, ilk təhsilini də burada almışdır. Altı yaşında ikən valideynlərinin "Yamaha" pianosu ilə musiqi ifasına başlamış və klassik musiqi təhsili almışdır. Lakin sonradan bu dərsləri dayandıraraq, gitara və baraban kimi alətlərdə ifaya yönəlmişdir. Çmiel ilkin mərhələdə vals əsərlərini ifa etmiş, daha sonra "Final Fantasy X" və "Kingdom Hearts" kimi videooyunların musiqi parçalarını səsləndirmişdir. Növbəti mərhələdə o, "Riot Diet" adlı caz ansamblında çıxış edərək, Ella Fitscerald və "Pixies" qrupunun repertuarından nümunələr təqdim etmişdir.
Yetkinlik dövründə yaşadığı tənhalıq və depressiya halları, qismən Çmielin köçəri həyat tərzində aldığı tərbiyədən qaynaqlanmışdır. O, təskinliyi virtual aləmdə tapmışdır ki, bu da sonradan onun yaradıcılıq fəaliyyətinə əhəmiyyətli təsir göstərmişdir.
Orta təhsilini başa vurduqdan sonra, moda kommunikasiyası və qadın geyimləri istiqaməti üzrə təhsil almaq məqsədilə Mərkəzi Sent-Martins Universitetinə müraciət etmişdir. Çmiel 2020-ci ildə Londonda yerləşən Mərkəzi Sent-Martins Universitetini Təsviri İncəsənət ixtisası üzrə bitirmişdir.
Fəaliyyəti
Diskoqrafiya Studiya albomları Serotonin II (2019) Glitch Princess (2022) Softscars (2023) Evangelic Girl Is a Gun (2025)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Sinqapur müğənniləri