Poladlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dəmirçilər kənd inzibati ərazi dairəsində kənd.

Tarixi 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.

Coğrafiyası və iqlimi Poladlı kəndi dağlıq ərazidə, Qarabağ silsiləsində yerləşir. Oykonim şahsevenlerin poladlı tayfasının adı ilə bağlı olub, etnotoponimdir. Poladlılar əsasən Qarabağda yaşayırdılar. XIX əsrin əvvəllərində 800 alaçıqdan ibarət poladlıların şıxlı, əbubəyli, quzatlı, yurdçu, dursunxocalı təklə və yekəli tirələri haqqında məlumat verilir. Kolanıların tərkibində poladlı tirəsinin olması, keçmişdə Qarabağdakı Polad Ayrım adlı ərazidən bir qrup ailənin Qazax rayonunun ərazisinə köçməsi haqqında da məlumat var.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Mənbə Akif Muradverdiyev. Zəngəzur. Tariximizin yaddaşı. Bakı: Xəzər, 2007, səh. 461.

Həmçinin bax Qubadlı rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qubadlı rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri